Читать книгу Dalğa - Светлана Туран - Страница 3
Dalğa
İki
I
ОглавлениеHər şey mağazada başlamışdı. Mənim üçün başla-mışdı. Saat on bir olardı. İmran demişdi ki, Cəfər Cab-barlının adını daşıyan meydanın yanındakı binanın al-tında yaxşı ətriyyat dükanı var, həmin dükandan ətri alıb çıxanda əlimdəki pullar yerə töküldü, əyildim ki, götürüm. İçəri keçmək istəyən üç qız mənim qapının kandarından keçməyimi səbirsiz halda gözləyirdilər. Bu qəpik-quruş da ki…
Pulları yerdən yığıb ayağa qalxanda birinci onu gördüm. Çox qəribədir, bəs bu qızın burnu hanı? Qəri-bə idi, əslində, onun burnu vardı, amma həm də yox idi. Görəsən, niyə mən həmişə insanlara baxanda on-larda heç kəsin görmədiyi qeyri-adi bir şeyi görürəm?
O qədər diqqətlə baxırdım ki, həm də eyni zaman-da, elə fikrə dalmışdım ki, qızlara içəri girməyə imkan vermədiyimi unutmuşdum. Qızlardan biri (o yox) hirslə dilləndi:
– Çəkil də, səni hələ çox gözləyəcəyik?
– Bağışlayın.
Onlara yol verdim. Görəsən, yenə içəri girib ona daha diqqətlə baxım?
Qərar vermək mənim ən ağrılı yerimdir. Nəyisə qə-rara alana qədər, o qədər çox vaxt itirirəm ki…
Bir də gördüm artıq dükandan çıxırlar. Profildən baxanda burnu vardı, amma yastı idi, çox yastı idi, ona görə də əvvəl görəndə mənə elə gəlmişdi ki, burnu heç yoxdur. Ötüb keçdilər, mən isə… mən elə dükanın qarşısında qalmışdım, görəsən, niyə onu izləmədim? Bəlkə, yenə bu dükana gələcək? İçəri keçib satıcıdan o qızların bura tez-tez gəlib-gəlmədiyini soruşmaq istə-dim, amma “Mənə güləcəklər”, – deyə düşündüm.
Yaxşısı budur, gedim evə. Bir dəfə də belə olmuş-du. İmtahanda müəllimimiz xəstələnmişdi, onu baş-qası əvəz edirdi, növbə mənə çatanda ona yaxınlaşdım. Arxa sırada oturduğum üçün müəllimə heç baxmır-dım. İndi gözümün önündə idi, bəs müəllimin ağzı ha-nı? Səs gəlir, amma ağız yoxdur. İmrana deyəndə bərkdən gülmüşdü.
– Dəlisən? Necə yəni ağzı yox idi? Bəs o boyda pro-fesssor necə danışırdı? Yəqin, qorxudan özünü itirmi-sən.
O vaxtdan insanlarda gördüyüm qəribəlikləri heç kəsə danışmıram, mənə şübhəylə baxanda heç xoşuma gəlmir. Düzdür, İmrandan incimədim, amma anladım ki, bəzi şeyləri ancaq özümlə müzakirə etməliyəm.
Uşaqlıqda da belə idi, anamın mənimlə danışmağa vaxtı heç olmazdı, başı elə özünə qarışıq idi. Uzun illər ötüb o vaxtdan, amma anamın vərdişləri, xasiyyəti heç dəyişilməyib. Həftədə bir dəfə zəng edir, əhvalımı so-ruşur, pulumun bitib-bitmədiyini xəbər alır, vəssalam. Bəzən sağollaşmadan dəstəyi asır. Telefon xəttinin qı-rıq-qırıq səsləri anamın yerinə üzr istəyir.
Hanı bu açar? Yoxsa pullarla birlikdə düşürmü-şəm? Hə, budur.
Yenə ev. Gərək bir az gəzəydim, evə gələndə ürə-yim sıxılır. Görəsən, Sevil xalanın ürəyi sıxılır mənim evimi təmizləyəndə? Hey deyirəm soruşum, amma çə-kinirəm. Bir də ki, yəqin, onun da cavabı İmranınkın-dan fərqlənməyəcək.
Buna bax, yenə kibritin yerini dəyişib. Allah bilir, indi hara qoyub. Məni hirsləndirməkdən zövq alır, de-yəsən. Necə deyirdi keçən gün? “O qədər sakitsən ki, ay oğul, elə bilirəm, səni bu sakitlikdən heç nə çıxara bilməz. Kibrit bəhanədir, elə bilmə, səni əsəbiləşdir-mək üçün edirəm. Yox. Səni elə-belə yoxlayıram”. Sonra da gülümsəyir.
Heç sənin və ya başqalarının mənim içimdən xəbəri var? Sakit olub-olmadığımı haradan bilirsən? Heç İm-ran da məni axıracan tanımır. Heç mən özüm də…
Çay çox acı oldu.
Görəsən, onu bir də görəcəyəm?
Tıq-tıq… Tıq-tıq…
Heç kəs yoxdur axı. Bəs niyə mən taqqıltı eşitdim? Nəyə istəsən and içərəm, qapı idi. Yuxudan boş-boşu-na ayıltdılar. Bəlkə, heç qapı deyilmiş?
Uşaq olanda taqqıltı səsləri məni narahat edirdi. Deməzdim ki, taqqıltıdan qorxurdum. Sadəcə, nara-hat olurdum. Babam zarafat edərdi:
– Hər taqqıltıdan qorxursan, bəs əsgər olanda ney-ləyəcəksən?
Babam indi sağ olsaydı, deyəcəkdi ki, necə kişisən ki, əsgər olmamısan.
Hə… Əsgər ola bilmədim. Nə illah elədim, apar-madılar.
Gedim, bir havada gəzim. Çörək də almaq lazım-dır.
Eh, yenə oturub burda. Gəl, indi çıx caynağından.
– Salam, a qonşu, necəsən? Görsənmirsən? Elə de-yirəm, səninlə bir söhbətləşim, heç çıxmırsan qarşıma. Nə var, nə yox?
– Sağ olasınız, yaxşıyam.
– Deyirəm, sən savadlı adamsan, cavan oğlansan, başın çıxar bu işlərdən.
Yenə nə mırıldayır, görəsən? Əlinə keçəni tutur söhbətə, heç bir bəhanə təsir etmir. Belələrinə “çənə” deyənə afərin. Bilir ki, zəhləm gedir ondan. Elə bil acı-ğa özünü mənimlə dostyana aparır. Baxanda Tahirə otuz yaş verərsən, amma yaşı, əslində, daha çoxdur. Bu boyda məhəllədə heç kəs onun yaşını bilmir. Zarafat-yana deyirlər ki, dinozavrların dövründən qalıb. Hamı bir də onu pıçıldayır ki, əsl adı Tiqran olub, özü də er-mənidir, amma hələ Sovetlərin vaxtında pasportunu, adını, soyadını, hətta milliyyətini də dəyişdirib. İndi, guya, azərbaycanlıdır, adı da ki, Tahir.
– Səninləyəm ey, a qonşu. Bax belə vəziyyətdə sən nə cavab verərdin?
Hə, indi gərək Tahirin özü kimi həyasız olub, onun özünə uyğun cavab verəsən.
– Həmişəki kimi. Susardım. Sağ olun.
Hələ də gözlərini geniş açıb baxır. Geriyə boylan-masam da, bunu bütün vücudumla hiss edirəm. Hələ onun əlindən belə ucuz qurtulan olmamışdı. Elə bili-rəm, kiməsə şahmatda qalib gəldim.
Görəsən, nə soruşurdu?
Bəlkə, bir-iki kitab alım? Hərçənd ki, keçən dəfə aldıqlarımın hamısını oxumamışam. Neynim? Bu da mənim xəstəliyimdir.
Hmm, camaat gündə bir bestseller yazır. Gəl ki, bizdə yeni kitabı bir il gözləyəsən gərək.
– Xanım, üzr istəyirəm.
– Sizsiniz? Salam. Yeni kitab istəyirsiniz, yəqin. Həmişəki kimi. Elədir?
– Bəli.
– Baxın axırıncı sıraya, görürsünüz? Murakami ilə başlayan sıranı deyirəm. Təzə gələn kitabları oraya düzmüşük. Mütləq bir şey tapacaqsınız.
– Yaxşı. Çox sağ olun.
Heç biri yeni deyil, köhnə əsərlərin təkrar nəşrləri-dir.
– Amma bir az tez olun. Bu gün gec gəlmisiniz, on dəqiqədən sonra mağaza bağlanır.
Gəl, əlimə birinci keçəni götürüm. Evə əliboş get-mək istəmirəm. Hə, bunu. İmran məndə olanı üç ilə yaxındır ki, aparıb, hələ də deyir ki, yadımdan çıxır qaytarmaq, amma gətirəcəyəm. Allah bilir, hansı qıza bağışlayıb.
– Bulqakov “Master və Marqarita”? Əla əsərdir. Düzdür, oxumamışam, amma yaman tərifləyirlər. Oxuyun, xoşunuza gələcək.
– Çoxdan oxumuşam, haqlısınız, xoşuma gəlir.
– Elə? Bəs niyə yenidən alırsınız? Kiməsə hədiyyə edəcəksiniz?
Axı satıcının nəyinə gərəkdir bu mənasız sualların cavabını bilmək?
– Gərək ki, siz ritorik sualları sevirsiniz?
– Başa düşmədim?
– Salamat qalın.
İşə bax da, kitab mağazasında işləyir, hər gün ziyalı adamlarla ünsiyyətdə olur, lakin ritorik sualın nə oldu-ğunu bilmir. Hələ bu adi satıcı qızdır. Məlum məsələ-dir, kitab satmaq üçün kitabxanaçı təhsili tələb olun-mur. Amma nahaq yerə, bəlkə də, tərsinə olsaydı, satı-cı Bulqakovu əvvəl oxuyardı, sonra tərifləyərdi.
Ümumiyyətlə, cəmiyyətimizdə insanların sənətinə, peşəsinə, bacarığına, qabiliyyətinə görə işlə təmin olunması məsələsi hələ də həll olunmayıb. Bəlkə də, bu mənim subyektiv fikrimdir. Sadəcə olaraq, öz peşə-sini peşəkarcasına bilməyənlərlə tez-tez rastlaşıram.
* * *
– Xırçıldayan çörək seçin, zəhmət olmasa.
– Bilirəm, a bala, həmişə xırçıldayan istəyirsən. Yaxşı eləyirsən, cavansan, dişlərin möhkəmdir.
Mənə çox vaxt cavan deyirlər, ya da “cavan oğlan” deyə müraciət edirlər, lakin mən özümü lap uşaqlıq-dan çox yaşlı kimi hiss edirəm. İndi də daxilən çox qo-cayam. Görəsən, bunu məndən başqa hiss edəcək bir adama rast gələcəyəm? Ya da elə bir adama rast gələ-cəyəm ki, o adam özümü cavan hiss etməyə vadar et-sin?