Читать книгу Где, когда и как родился мугам - Тариел Азертюрк - Страница 5

I. MUĞAM BARƏDƏ İLK İNFORMASİYANI MİXİ YAZILARDAN ALIRIQ

Оглавление

“Muğamın necə, nə zaman yarandığını bu zamana

kimi heç kim deyə bilməyib”…

”Muğam bizə Allahdan gəlmədir”.

Əlibaba Məmmədov, Azərbaycan Xalq artisti

Elm sübut edir ki, kosmik fəza bütün kainat masştabında uclarından daima genişlənir. “Azman partlayış” adlı hadisəni kainatın genişlənməsinin başlanğıc anı sayır elm.

Bəs Azərbaycan muğamı öz başlanğıcını hanki partlayışdan, hanki andan alır? Hanki “Azman kosmik qasırğadan” qopub fəzalarla yol gəlir bu səda? Bəlkə kainat zəncirinin son ucundan genişlənən həlqələrindən biridir o? İlkin bəşəri yazını yaratmış sivil insanın səsini, ününü nükəbbərə[1], yəni göylərə qaldıran məbədin mayasından gəlmirmi bu səs, İlahi?

Mixi yazılı mətnlər üzərində son 22 illik gərgin tədqiqatlar sübut edir ki, onların dili türk dilidir. Mixi sistemli yazını Babildə ilkin icad etmiş ulu əcdadlarımız u yazıların sayəsində indi “Musiqi kainatı”nda bizə məlum olan “Muğam” adlı “12 qalaktika” nın da yaradıcıları kimi üzə çıxırlar. Tədqiqatlar göstərir ki, muğamın ayrı-ayrı növləri, əsasən, təbiət hadisələrinin fövqündə meydana gəliblər.

Muğam Günəş sistemində və xüsusilə, ona daxil olan yaşadığımız Yer səyyarəsində baş verən təbiət və cəmiyyət hadisələrinin musiqi dili ilə ifadəsidir!

Məhz gil yazılarına salınan türk açarı muğamın harada, niyə, necə, nə vaxt yarandığı və başlıcası, kim tərəfindən yaradıldığı fenomenlərinə cavab tapmağa imkan verir.

Muğam adlı möcüzəni dinlədikcə, onun köklərini araşdırdıqca, şüurun dərinliklərindən ilkin qopan – Nədən yaranıb muğam? sualı ilə elə şüurun ənginliklərini də döyəcələyirsən. Və tapdığın cavablar səndə müvəqqəti də olsa, təskinlik yaradır bir növ: “Haradan başlayır torpağın pıçıltısı, ümmanların gurultusu, yarpaqların xışıltısı, göylərin şümşürük (Nüvədi ləhcəsi) şimşək nəriltisi, ulduzların səyrişməsi? Muğamın dərin köklərini qazıyıb üzə çıxarmaq bu suallara cavab tapmaq qədər çətin olub həmişə. Çünki kökümüzü bilməmişik. Amma mixi yazılarını onların öz dilində, yəni öz dilimizdə oxuya bilsəydik, avropalıların bu sahədəki uydurmalarına uymayıb, əcdadlarımızın yazıları vasitəsilə onlarla öz dillərində – bizə miras qoyduqları doğma türk dilimizdə danışıb təmasa girə bilsəydik, bəzi “muğam səyyarələrinin” hansı mənbəələrdən “konstruksiya olunduqları” və əsası, muğamın bütövlükdə nə vaxt və kim tərəfindən yaradılıdğı sualına da çoxdan cavab tapa bilərdik. Bu dünyəvi xəzinənin, təbiət möcüzəsinin, şəmsin bir zərrəciyinin də sirrini aça bilərdik. Günəş qasırğalarında, şimşək çaxmalarında, göy gurultusunda, yerin təkini oynadan zəlzələ çaxnaşmalarında, vulkan püskürmələrində tapa bilərdik onu. Görəcəyiniz kimi, indi o sirrlər daha açılmada…

“Muğam qalaktikaları” arasındakı məsafədə təkcə zəncirin halqaları bir-birinə calanır. Lakin onların şəkli, məzmunu, funksiyası, konstitusiyası çox cüzi dəyişir. Bürclərin forması kimi.

İnanıram ki, indi oxunan simayi şəms 7 min il öncə oxunan simayi şəmsdən bəlkə nə az, nə artıq idi. Muğamın yaxşı mənada konservativliyi də elə bunda özünü nümayiş etdirir. O da, ahəngdar türk dilinin özü kimi yaxşı mənada konservativdir. Üç min, hətta altı min il bundan əvvəlki Babilan, Luristan, Təxti Cəmşid, Muğan, İribunye (İrəvan) və Naxçıvanda aşkar edilmiş türk dilindəki mətnləri anlamaq o qədər də zor tələb etməyən kimi, Günəş qasırğalarını özündə əks etdirən simayi şəmsi də başa düşmək çətin deyil. Heç kimə ona struktur və metrik dəyişikliklər etməyə icazə verilmir. Tizlərdə[2] (zəngulələrdə), enib qalxmalarda, səs tembrinin seçimində ifaçıya sərbəstlik verilsə də. Əgər yeddi min ilin arxasından bizə gəlib çatmış muğam möcüzəsini eşitmək istəyirsinizsə, buyurun 19-cu əsrdə vala yazılmış Cabbar Qaryağdı oğlunun ifasında simayi şəmsi dinləyin. Min illərin sorağını eşidəcəksiniz u sirrli ifada. Simayi Şəms həmən simayi şəmsdir. Və o zaman suallar öz-özünə baş qaldıracaq:

Haradan gəlir bu səs? Hansı qərinələr, yüz illər, min illərdən baş alıb gəlməkdədir bu nəfəs? Bəlkə bu avaz, bu qiyam öz kökünü kahkəşanlı tariximiz yazılmış, ancaq xəbərimiz olmayan Ata Yurdumuz Babilandan alır? Günəş səmasında fazalarla baş verən partlayışların əksi deyilmi bu çaxnaşmalar, bu yanğılı partlayışlar?


Mixi Yazılı mətnlər üzərində son 22 illik gərgin araşdırmalar sübut edir ki, onların dili türk dilidir. Musiqi kainatının bizim Günəş sisteminin də daxil olduğu “Saman yolunda” Ü.Hacıbəyli təyinatına görə 7 (Rast, Şur, Segah, Şüştər, Çahargah, Bayatı Şiraz, Humayun); dövrünün görkəmli elm, incəsənət və ədəbiyyat tədqiqatçısı olmuş, doğulduğu Şuşada ilk dəfə ədəbiyyat və xanəndələr cəmiyyətləri yaratmış, 20 kitab müəllifi, naşir Mir Möhsün Nəvvab (1863–1918) müşahidəsinə görə isə 12 (Rast, Uşşaq, Busəlik, Hüseyni, İsfahani, Zəngulə, Rəhavi, Buzurq, İraq, Şadhiz, Nəva, Hicaz) Muğam qalaktikası mövcuddur. Qədim yazılı dünyamızın araşdırmalarının nəticələri sübut edir ki, Musiqi kainatında onları yaradanlar mixi sistemli yazını gətirmiş ulu əcdadlarımızdır. Həm mixi yazılarının, həm də muğamın ilkin vətəni isə Babilandır. Təmiz türk sözlərindən yaranıb qədim ölkəmizin adı: Bab – babanın ixtisarlaşmış forması, İl – el, xalq və An – ölkə, məkan – Baba xalqın məkanı, yəni Ataerkil (Patriarx) xalqın ölkəsi. Məhz patriarx xalqın yaratdığı mixi, yaxud çivi, yaxud gil yazılara salınan Türk açarı çox sirli mətləbləri üzə çıxartdığı kimi, “Muğamın da haradan, necə və nə vaxtdan başlandığı, başlıcası, kimin olduğu” fenomenlərinə də cavab tapmağa imkan verir.

Eradan ən azı dörd min il qabaq inşa edilmiş və Ziqqurat adlandırılan məbədlərin qalıqlarına indiki İrakda rast gəlinir. Onların ən böyüyü Babilin ilkin paytaxtı olmuş Ur-Nammu adlı şəhərdə təqribən altı min il öncə ucaldılmışdır.

İlk eşidimdə qulaqlar üçün qəribə səslənən Ziqqurat, əslində, Azərbaycan türkcəsincədir:

Cıqqur və ya Cıqqır və At sözlərindən yaranıb. Yəni Səs at, Səs çıxar. Azərbaycan mənşəli Türkiyə professoru Seyfettin Altaylı özünün ”Azerbaycan Türkcesi Sözlüyü” (İstanbul, 1994) kitabında “cıqqırın” səs demək olduğunu yazır. Hamımıza bəllidir ki, bizdə “Cıqqırını – ” və ya “Cınqırnı çıxarma!” ifadəsi var və əsasən uşaq kirimədən ağlayan zaman valideynlər tərəfindən işlənir


CIQQUR AT MƏBƏDİ TƏKCƏ YERDƏKİ İNSANLA ONUN ALLAHI

ARASINDA KÖRPÜ DEYİLDİ. O HƏM DƏ MUĞAM MƏBƏDİ İDİ.

Bizim ulu əcdadlar da, onların sonrakı nəsilləri də, qüdsal saydıqları bu körpünü TARIN, UDUN, SAZIN, CAMIN, ZİLİN (Zurnanın), yəqin QAVAL və KAMANIN da müşaiyəti ilə ifa olunan muğam sədaları altında keçirdilər. Xəyalən Allahın ərşi-əlasına yüksəlirdilər. Bununla açıq nükəbbər (göylər) qarşısında günahlarını yuyur, təmizlənir, mənən paklanırdılar. Daxilən rahatlanaraq sabaha yeni ruh, yeni səbr, yeni məna dolu ülviyyətlə göz açırdılar…


Cıqqır At Səs at deməkdir. Guya akkadcadan “Hündürdə tikilən” kimi tərcümə olunan məbəd ona görə belə adlanırdı ki, onu insanların göylərə dua göndərəcəyi müqəddəs ocağı kimi inşa edirdilər. Sadəcə mixi işarələrdə bizə məxsus səslərə yer olmadığından, məbədin adını Ziqqurat oxuyub, ona da bir təhər dediyim anlamı verməyə çalışırlar. Məhz həmin məbədin divarında qətranlanmış xüsusi taxçadan tapılan mixi yazılı silindr bizə Uşşaq (Üşşaq kimi də yazılır) muğamı barədə yazılı məlumatı çatdırır. Deməli, məbəddən hələ minillər öncə də muğam oxunurdu, Cıqqur At məbədinin yaranmasına təkan verirdi. Yegipet piramidalarının, Kir və Lenin mavzoleylərinin memarlıq üslübuna təkan vermiş unutduğumuz bu Məbəd hələlikilk sədasını Cabbar əminin ifas ında eşitdiyimiz muğam sənətinin dərin köklərini indiyə qədər özülündə qoruyub saxlayb.

Xalq yazıçısı Anar özünün təhtəlşüur yaddaşı ilə sanki Cıqqur Ata işarə edir:

“Muğamat Şərqin, Cənubun səması, məhz inci-inci ulduzlarla süslənmiş Doğu-Güney asimanı altında ifa olunmaq üçün naqil edilmişdir”.

Xalq artisti Əlibaba Məmmədov isə “Muğamat bizim xalqa Allah vergisidir” deyir.

Hər ikisi ən böyük tarixi həqiqəti söyləyir. “Naqil edilmişdir” və “Allah vergisidir” ifadələri böyük bir tarixi Həqiqətin inikasıdır. Onları təsdiqləyərək biz də deyirik ki,

Muğamat xalqın təbiət möcüzələrinə və onları törədən qüvvələrə, həmçinin təkcə öz nəslini deyil, bütöv cəmiyyəti, yəni, həm də bir qandan olmayan ən müxtəlif tayfa konqlemeratlarını da ədalətlə idarə etmiş zadəgan (elit) türk nəsillərinə itihiaf olunmuş himnidir. Bu himn vasitəsilə o (əcdad), Rəbbə; Şəməşə-Şəmsə, yəni Günəşə; Od allahı Ahuraya; Şimşək, ildırım, dağuna (dağıtma) allahı Mərduka, Bahar, urzu və sevgi ilahəsi İstərə öz məhəbbətini izhar edirdi. Məhz həmin məbədin tavanından əks-sədayla ulularımız muğam üstündə göylərə səs atıblar, allaha dua-san göndəriblər, ona lütfi-kərəm ediblər. O, insanın bütün varlığı ilə paklığa can atımının bu həyati zərurətindən, cəmiyyətin dürri yoldakı axtarışlarının vacibliyindən, xalqın göylərə qovuşmaqla arzusuna çatmaq həsrətindən, onu əhatələmiş Təbiətdə mütləq baş verən obyektiv reallıqları və transformasiyaları dərk etməsindən yaranıb.

Muğam əcdad təfəkkürünün Təbiət fonunda baş verən təbii təkamülünün məhsuludur.

Onu əhatə edən mühitin musiqi dili ilə ifadə tərzidir.

Məhz buna görə də u avaz, u səs Təbiətin hər guşəsində yarana bilmir. Təbiət hadisələrinin inikası olan muğam özü bəzən İnanca çevrilirdi. Ulularımızın “Narahat etdiyimiz üçün keç günahımızdan, Ya Rəbb, Ya Barı, Ulu Yaradan! deyə-deyə, Allah qapısın ehtiyatla, xof içində çalmağın min illik ənənəsi azacıq modifikasiyalara vardırılsa da, bu günə kimi bütün konfessiya və dinlərdə saxlanılıb, yaşayır, fəaliyyət göstərir. İnsan insandı, “Dünya gör-götür dünaysı…”

Aşağıda şəklini verdiyimiz və üstündəki mixi yazılarının sirrini açdığımız silindr dediklərimizə sübutdur. Silindrdə hər biri 25 sətir olan ayrı-ayrı mövzuda iki mətn qazılmışdır. O müasir dövrdə tikilən tarixə qovuşacaq binaların özülündə gizlədilən və gələcəyə informasiya ötürən kapsul funskiyasını daşıyıb. Tam açmadığımız, ancaq məğzini ümumən anladığımız I mətnin sətirlərindən belə bəlli olur ki, yazı, Cıqqır At məbədini hansı ildə tikmək barədədir. Mətndə illərin təbii xüsusiyyətləri zodiaklara görə sadalanaraq qeyd edilir ki, məbədin hansı ildə tikilməsi vacib şərtdir ki, o əbədilik qala bilsin. Onun sirrlərini tam oxuya bilmədiyimiz üçün, hələlik çap eləmirik.

II mətn xalqın məbədə müraciətidir. Onun mixi işarələrdən oxunmuş hecaları da, 6000 illik mövcudluğu dövründə İlk dəfə! olaraq sətirlərin dəqiq açılmış sirrləri də öz əksini bütün tamlığı ilə aşağıda tapıb. Yazı dörd dəfə uşaq (uşşaq) adı çəkir.

Uşşaqla bərabər, digər mixi yazılı mənbəələrdən biz hələlik Mahurun, Rahın,Rastın,Dağına (Dağıla – Heyratı)Demüzi (Segah) adlarının da varlığını təsdiqləyən yazılı faktlar aşkar etmişik. Son iki muğamın təbiətini əks etdirən qısa məlumatdan başqa, qalanları barədə təəssüf ki, digər informasiyaya rast gəlməmişik. Bu mənada insan düşüncəsini heyrətdə qoya biləcək, ilk baxış da təzadlı görünən vacib bir amilə toxunmaq istərdik. Bu, uzun təkamül tarixində hansısa kataklizm zəminində öz kahkəşanlı tarixini unutmuş, ancaq “şumerlər bizik” deyən xalqımın tam amneziyaya varması fonunda belə, muğamın adlarını və görünür özlərini də necə varsa eləcə, olduğu kimi bu günə qədər qoruyub saxlaması amilidir.


BU ŞƏKİLLƏRDƏ, DEYƏRDİM, MUĞAMATIN YARANMASI, FORMALAŞMASI VƏ BÜTÜN ŞƏRQDƏ POPULYARLAŞMASI YOLUNDA BÖYÜK ROL OYNAMIŞ ZİQQURAT (CIQQUR AT) MƏBƏDİNİN

ALT HİSSƏSİ REKONSTRUKSİYADAN SONRA GÖSTƏRİLİR.


Aşağıakı şəkildən göründüyü kimi, yazılana görə vaxtilə Sinbel dağının üstündə inşa edilmiş məbədin təqribən 4–5 mərtəbəsini bərpa etmək mümkün olub. Çox qəribədir ki, Sinbel dağının adına – yazısının sirrlərini açdığımız prizmada da rast gəlinir.


Dünya turistlərini dünyanın ən ilkin azman Məbədinə aparan topraq tacyolunun (şose) ağaran qoşa cığırları, qədim Muğam Məbədinə uzanan iki Azərbaycanın qoşa qollarının simvolu deyil, bəs nədir?


Məbədlər qarşısında asılmış dairəvi mis sindanlar, daha doğrusu, məcmeyilər xalqı muğam fonunda keçirilən ibadətə səsləyən carçılar idi.

Şəklin üstündəki “Sumerian Drum with figure of Ea” – “Ea fonunda Şumer nağarası” sözləri dediklərimizi təsdiq edir. Ea guya ikinci Ziqqurat məbədi olub.


Azərbaycanın çox məşhur və az tanınan muğam ustalarının nə dünyasını dəyişmişlərinin, nə də bizi səsləri, həvəsləri, nəfəsləri ilə düşündürənlərin çoxunun bəlkə də bu məbəd barədə məlumatı yoxdur. Onun adını belə eşitməyənləri və hətta eşitmək istəməyənləri də tapılar hələ. Bel (gil yazı sözüdür – bəla, fəlakət) burasındadır ki, çoxu Muğam kimi ilahi bir sənət nümunəsinin də ərəbdən, farsdan, əfqandan gəldiyi qənaətindədir. Bu bizim acizliyimizin, zayilliyimizin, zəlilliyimizin əlamətidir. Çoxu bu sahənin mütəxəssisləri və professorları kimi dərs dedikləri muğam məbədlərində (orta musiqi məktəbləri, kollec və universitetlər) gələcək nəsillərimizin şüurlarına bu yersiz, fərsiz, cılız, infeskiya virusu kimi u an yayılan ideyanı inyeksiya etməklə məşğuldur. Bu kitab da belə qalın, hündür səddləri yıxıb dağıtmaq məqsədilə yazılıb. Əslində altı min il əvvəl inşa edilmiş məbəd öz adını belə muğamdan alıb. Cıqqur At dedikdə, uzaq babalar allaha səs ver, ün at, allaha səslən deyirdilər, bu ilhai səsi muğam notlarında göylərə ünvanlayırdılar.

Yuxarıda dediyimiz kimi, “Yegipet piramidalarının, bütün digər ziqquratların, Kir və Lenin mavzoleylərinin memarlıq üslübuna təkan vermiş” unutduğumuz məbədimizi özümüzə necə doğmalaşdırmaq olar?” Mixi yazılar kimi, o da indiyə qədər bizə yad olub. Bu səddi aşmaq və xalqı ona öz doğma abidəsi kimi təbliğ etmək üçün onun barəsində belə geniş danışmalı olduq.

“Ciqurr At`dan da qabaq başlayan muğam sənətimizin neçə məlum, məşhur nümayəndəsi olub, görəsən?” sualı da tapılan faktlar fonunda yeni yanğı, yеni qayğı kimi tədqiqatçı fikrini özünə cəlb etməyə bilmir. Bir anlığa xəyal edək ki, bız lap elə Bakı Muğam məbədində sənətçilərimizdən bir neçə dühasına qoyulmuş büstlərlə yanaşı, divarda bütün ifaçılarımızın adlarını əbədiləşdirmək istəyirik. Və əslində bunu etməliyik. Bizdə çoxlarımı hansı sənətkarlarımız var olub nəsnəsini tam nümayiş etdirə bilir? Cavab birmənalıdır, Yox. Hollivudda küçə səkisinə döşənən və dünyaya təbliğ edilən incəsənət ulduzlarının beşgüşəli ulduz içərisində həkk edilmiş adları kimi, biz də Beynəlxalq Muğam məbədində ifaçılarımızın hamısnın adını qızıl su ilə ya divara qazımalıyıq, ya da məbəd ətrafındakı yaşıllıqda – yerdəcə mərmər lövhələrdə həkk etməliyik. Şübhəsiz bizdə eradan əvvəlki adları bərpa etmək mümkün deyil. Lakin heç olmasa onların sayını bilmək olarmı? Əlbəttə, təqribi olacaq sayı hesablamaq çətin deyil. Bizim üçün ucu guya Cabbar Qaryağdıdan başlayan, yəni ilk sədasını Cabbar əminin ifasında eşitdiyimiz bu ulu sənətin dərin kökləri inanılmayacaq qədər dərindir. Onun kökləri qalıqları indi də duran Cıqqur At məbədindən su içir. Təqribi hesablamalar göstərir ki, yalnız son 200 ilin, yəni 10 nəslin yetirmələrinin tam siyahısı 50 azman sənətçidən ibarətdir. Bu sürətlə ərsəyə gəlməni ortaq götürsək, yəni 10 nəsil deyək, 50 məşhur sənətçi yetiribsə, hələ məbəddən qabaq da mövcud olmuş – 7 min illik muğam tarixində, yəni dünyasını dəyişmiş təqribən 350 nəslimizin yetirmiş olduğu ən məşhur ifaçıların sayını tapmaq zor tələb etmir. 10 nəsildə – 50 sənətçidirsə, 350 nəsildə X sənətçi olmalıdır. Adicə tənasib hesablaması göstərir ki, biz təqribən 1750! muğam sənətçisinin adını bərpa etməliyik ki, Bakı Beynəlxalq Muğam Məbədinin iç divarlarını və ya çölünü onların qızıl suya çəkilmiş adları, mümkün olduqda isə şəkilləri ilə bəzəyək.

Dediyim 1750 sənətçinin üçünün şəklini tarix bizə çatdırıb. Onları 2016-nın sentyabrında aşkar edə bilmişik. Belə bir möcüzənin ola biləcəyi gerçəkliyinə heç vaxt inanmazdım. Fəqət, əcdadlarımız, sən demə, biz düşündüyümüzdən daha çox müdrik, uzaqgörən olublar. Onlar barəsində gil yazıların verdiyi məlumatla aşağıda geniş şəkildə tanış ola biləcəksiniz. İndi isə üçlüyün özü ilə tanış olun. Onlardan birincisi Bəy, ikisi isə Xanımdır.


ŞƏKİLLƏRİ LYAPİS-LAZURİ LÖVHƏSİNDƏ ƏKS EDİLMİŞ

ADLARI NAMƏLUM ANTİK DÖVRÜN İLK MUĞAM USTALARI

(Aşağıya bax)

* * *

Aşağıdakı silindr (prizma), deyildiyi kimi, 1960-61-ci illərdə Avropa arxeoloqlarının Babilanın Ur-Nammu şəhərindəki Cıqqur At məbədinin qalıqları arasında apardıqları qazıntı zamanı ikinci mərtəbənin pilləkan divarında xüsusi taxçada aşkar edilib. Yazı zamanların təsirinə məruz qalmasın deyə, inşaatçılar silindri xüsusi qətranla (mazutla) suvanmış həmin taxçada gizlədiblərmiş. Bu ağıllı əməlin sayəsində, unikal yazı, demək olar ki, bizə bütün tamlığı ilə gəlib çatıb.


BABİLİN CIQQUR AT MƏBƏDİNİN DİVARINDAN TAPILMIŞ SİLİNDR-KAPSUL


Bitinin, yəni, bu bişirilmiş səbətəbənzər kapsulun səthinə qazılmış yazının sirrlərinin açılması üçün fasilələrlə üç il (2001–2004) baş sındırsaq da, nəticəsini məqbul saymaq olar. Türk dilinin konservativliyi fonunda belə, 6 min il öncəki Azərbaycan türkcəsini çağdaş adamın eşidəcəyi an anlaması o qədər də asan deyil. Çətindir deyərdim. Ona görə də, məqalədə bütün mətn masştabında təkcə xəttlər boyu deyil, seqmentlər boyu belə, anlaşılmaz leksemlərin, yəni sözlərin müasir variantlarını mötərizə içində ayrıca göstəririk. Kitabın rus dilli hissəsində isə kəlmələrin rus dilindəki adekvatları ayrıca lüğətlə verilir. Yazının sirrlərinin açılmasında qədim və müasir Türk lüğət fondlarından gen-bol istifadə olunub. Mətndəki anlaşılmaz sözlərin lüğətlərdə mənasını tapmayınca, onlara özümüzdən anlam verməkdən qəti çəkinmişik. Bu mətn bu yaxınlarda Nyu Yorkda rus dilində çapdan çıxacaq “Генезис тюрка и тюркского языка (на основе клинописных надписей)” kitabının (1250 səh) Muğama aid fəslidir.[11] İstəyən hər kəs mətnin bütöv sifarişini verə və ya işıq üzünə çıxacaq “Türkün Qızıl Kitabı” adlandırdığımız həmin əsərdən oxuya bilər.

Silndrin səthinə qazılmış gil yazılı xəttlər tam şəkildə oxucuya təqdim edilir. İşarələrin altında onların hecalı açılışlarını da (transliterasiya) dəqiqliyi ilə verməyə çalışmışıq ki, qədim Ana dilimizi Ana yazılarımızda öyrənmək istəyənlər onlardan əyani vəsait kimi istifadə edə bilsinlər. Bu, həm də, mixi yazılarının məhz türkə məxsusluğunu nümayiş etdirmək məqsədi güdür. Üçüncü xətt “semantik moddeləşdirmə” adlandırdığımız üsulla transkripsiyanın azərbaycan türkcəsincə yığımı və açılışıdır. Gəlin indi silindrin yarısını əhatə edən sirrləri açılmış 25 xəttə baxaq:


Nəbi-Naidim, tök şəri, Babili tintir (dindir) ki,


Zənnin esag (isa`f) ila sən! (Zənnin (düşüncəsin) yüksəlt [göylərə]) sən!)


U özü də


Ədəbiyyatda olduğu kimi, deşifrəçi də Ezida adlı digər bir məbədin olduğunu idda edir.

Bizim tədqiqatlar göstərir ki, bizim özü də sözlərindən olmamış Ezida, eninə sözündən isə Eninna məbədləri doğurlar.


Balıq il (el) anımaz, Rəbbü timəz (deməz), a (o) nəki,


Ey lüqal (allah?) melçesi (allah evi, allah ocağı, xanimanı), sən,


Ziggurat (Cıqqur At), ögüş, şir qal!


Çağırıb [xalqı] ur (ver) səs, ünü,


Sha Ur-Nammu şarrü şüüt, mah rü.

(Yaşa Ur-Nammu! Şərri şüyüt (qov, uzaq et), işıqlı üzünlə [nurlandır bizi]!


İpucuma (sonuma) la (şən) uşşaq ləli (ləl-cəvahirəti) üs (süs)!


U Şulqi[3] marsu (mərsü – pytaxtı) səpir şu uşşak ləl[ü] (zərü),

İnə müzariə (yenə səadətdir) səə Ur-Nammu


U Şulgi me`ri (hörmət edir, ehtiram bəsləyir) şu əmürümə və ya


Budur, Şulginin əmri qüvvəyə minir.


Saa (sənə) Cıqqur At şüadı, Ur Nammu!


İpucuma (sonuma) lə (şən) uşşak ləlü üs (süs).


U Şulqi marsu (mərsü – paytaxtı) səpir şu uşak (uşşak) ləl[ü].


İnə annı (anla), Cıqqur At şüadı.


L`aba (şənliyə) riiş (yara) illikmə (ilişdirmə, vurma).


Eli təmənnayla bürü (Eli, xalqı arzu-diləklə bürü).


Yaşa Ur Nammu, Şulqi marsu (mərsü – paytaxtı)!


İpucu (sonda, nəhayətdə) Cıqqur At [saa] şüadı!


Kimə la (kədər) bürüyimmə (bürüyübsə`nin qədim forması),


İnə küüpriü[nlə] çək u ağuri (ağruyi – kədəri, dərdi-qəmi).


Bata ağ su, aç, batma (Gözə ağsu bata, aç, batmasın)


Ana (anu) Sinbel ilanimez (elan edəmməz).


Saa Same, eyi ərshətim dem!

Səə (Sənə) Same (Əlahəzərat), eyi (iyi, xeyirxah) Ərşətim (Ərşi-əlam, Allahın təxti) dem (deyirəm)!!


BÜTÖV MƏTN MİXİ YAZILARSIZ:

1. Nəbü-Naidim, tök şəri, Babili tintir (dinidir) ki,

2. Zənnin esag (i`saf) ila sən! (Zənnin (düşüncəsin) yüksəlt [göylərə]) sən!)

3. U özü də… (?)

4. Balıq il (el) anımaz, Rəbbü timəz (deməz), a (o) nəki,

5. Ey lüqal (allah?) melçesi (allah evi, allah ocağı, xanimanı), sən,

6. Ziqqurrat (Cıqqur At), öğüş şir qal!

7. Çağırıb [xalqı] ur (ver) səs, ünü,

8. Yaşa Ur-Nammu, şərrü şüyüt (uzaq et), işıqlı üzünlə [nurlandır bizi]!

9. İpucuma (sonuma) lə (şən) uşşak ləlü (ləl-cəvahirəti) üs (süs)!

10. U Şulgi marsu (mərsü – paytaxtı) səpir şu uşşak ləl[ü] (zərü),

11. İnə (yenə) müzariə (səadətdir) səə Ur Nammu.

12. U Şulgi me`ri (hörmət edir, ehtiram bəsləyir) şu əmürümə,

13. Saa (sənə) Cıqqur At şüadı, Ur-Nammu!

14. İpucuma (sonuma) lə (şən) uşşak ləlü üs (süs).

15. U Şulqi marsu (mərsü – paytaxtı) səpir şu uşşak ləlü.

16. İnə annı (anla), Ciqqurr At şüadı.

17. L`aba (şənliyə) riiş (yara) illikmə (ilişdirmə, vurma).

18. Eli təməənnayla (arzu-diləklə) bürü.

19. Yaşa Ur-Nammu, Şulgi marsu (mərsü – paytaxtı)!

20. İpucu (sonda, nəhayətdə) Ciqqur At [saa] şüadı.

21. Kimə la (kədər) bürüimmə (bürüyübsə),

22. İnə küüpriü[nlə] çək u ağuri (ağruyi – kədəri, dərdi-qəmi).

23. Bata ağ su, aç, batma[sın],

24. Ana Sinbel ilanimez (elan edəmməz).

25. Səə Same (Əlahəzərat), eyi (iyi, xeyirxah) Ərşətim (Ərşi-Əlam, Allahın Təxti) dem (deyirəm)!!


DEDİYİMİZ CIQQUR AT MƏBƏDİNDƏN TAPILMIŞ MİXİ YAZILI SİLİNDR (AŞAĞIDA) – MƏBƏDİN QƏBALƏSİ SAYILDIĞI KİMİ, ULU MUĞAMIN DA DAŞ QƏBALƏSİ, DAŞ YAZILI YAŞ KAĞIZI KİMİ RƏSMİ QƏBUL EDİLƏ BİLƏR, EDİLMƏLİDİR. ÜSTÜNDƏKİ 25 SƏTİRLİK BİRİNCİ “FƏSİL” YAZILARINDA 4 DƏFƏ UŞŞAQA MÜRACİƏT EDİLİR. ONA GÖRƏ BU SİLİNDR ÖZÜNÜN MİXİ YAZISI İLƏ BAKIDAKIMUĞAM MƏBƏDİNİN ƏN GÖRÜMLÜ YERİNDƏN ƏN BÖYÜK TARİXİ TALİSMAN KİMİ ASILMALIDIR. BAX BELƏ:


U və SHAK hecalarının qazıldığı silindr, şübhəsiz indi UŞŞAK kimi tələffüz etdiyimiz muğamdan danışır


Silindrin verdiyi informasiyadan iki vacib detala xüsusi diqqət yetirmək tələb olunur:

1. Muğamın bu növünün 6 min il öncə əsası qoyulmuş Cıqqır At`dan da qabaq varlığına;

2. Kütləvi dualar zamanı Allahla münasibətə girdikdə məbəddə uşşaqdan istifadə olunduğuna. Əgər belə olmasaydı, məhdud səthli silindrdə uşşaqa bu qədər çoxsaylı müraciətə də ehtiyac qalmazdı.


İLK MUĞAM MƏBƏDİ – MƏBƏD+SİLİNDR+UŞŞAQ ÜÇLÜYÜ


Bu günkü Cıqqır At məbədi Bakıda. O “Beynəlxalq Muğam mərkəzi” yox, elə öz qədim adıyla da “Beynəlxalq Muğam məbədi” adlandırılmalıdır.

1

Mixi yazılı şairimiz Şəmsi Ədəd Abi yaradıcılığında rast gəlinir, göy, səma deməkdir.

O ərəbə müraciətlə deyir: Nükəbbərə giz (gizli) şükürrə, şunu da anna, an!

2

Tiz – zəngulə, səsin ən yüksək tonu; aşağıda sirrləri açılmış mətndə görəcəyimiz kimi, dilimizdə işlədilmiş ən ilkin musiqi terminidir.

3

Şulgi “Şumeriya” adlandırılan ölkənin ilkin hökmdarlarından olub. Onun əmri və büdcədən ayırdığı pulla Cıqqır At məbədi inşa olunub. Yazıda buna işarə edilir.

Где, когда и как родился мугам

Подняться наверх