Читать книгу Где, когда и как родился мугам - Тариел Азертюрк - Страница 6

II. ANTIK DÖVRDƏ MUĞAMIN VARLIĞINI

Оглавление

TƏSDİQ EDƏN MİXİ YAZILI ƏLAVƏ DƏLİLLƏR

Yaşadığı dövrü 6500 il bundan öncə hesab edilən Azərbaycanın şair, riyaziyyatçı, astronom və filosofu Enlil İsmə Dağan`ın yenidən açılmış üç şeri qəzəldir. Muğamat yox idisə, qəzəl janrı niyə yaranırdı? İsmə qəzəlləri əsasən, cütcü və ya xışçı, əkinçi əməyinə, bahara və təbiətlə insan münasibətlərinə həsr edilib. Və bu qəzəllər gələcək xanəndələrə tədris olunmalı, öyrədilməli və münasib muğamlar üstündə onların ifası təmin edilməlidir. Azərbaycan ədəbiyyatının 6 min illik sinnini təsdiq edən bu qəzəlləri təşviq etmək, xalqa tanıtmaq borcumuzdur. Bizim xanəndələrin təkcə elə gözəlin sürahi boyunu tərifləyən şeriləri əzbərləyib deklamasiya etməklə öz işlərini bitmiş hesab etmyə haqqları yoxdur. Bu xalqın ən yağlı tikəsini yeyənlər, bir neçə saata bir neçə min qazananlar, özlərində həm də cavabdehlik hiss etməlidirlər. Bu xalqın yaratdığı incilərini ona çatdırmalıdırlar. Enlil İsmə qəzəlləri tarixin min illərlə sintez etdiyi ən qiymətli kristal dəyərinə malik əsərlərdir. Ən böyük poeziya nümunələridir.

Где, когда и как родился мугам

Подняться наверх