Читать книгу Где, когда и как родился мугам - Тариел Азертюрк - Страница 7

II. ANTIK DÖVRDƏ MUĞAMIN VARLIĞINI
II.1. QƏZƏL MUĞAM ÜÇÜN YAZILIRDI [10]

Оглавление

ENLİL İSMƏ DAĞAN QƏZƏLLƏRİ

Qəzəl 1

2. Höllə calaq (cəld), qəəm [ü]züb eeş, cütcüm uraaş (uğraş-döyüş-qan-tərə bat),

3. Nam, gurracu şüum bal e! Nə cicuşim? Ə nə itammu?

(Bu ki, şərəfdir fırfıra tək coşum, fırlanım! Niyə coşum (soruşursan?)

Ə bəs nə yeyək (nə ilə qidalanaq)?

4. Say cütdəyəm!

5. Aya, Enlil İsmə Dağan, nə nam (necə də şərəfdi) sıpa qal,

amma munes umma (mərhəmət umma) ulsan hə[l]ak e…

Xışçı gəlsə, cü[t]də biyim!

6…Enmə gəl, zü[l]mə a diri, qanı, namsu qul[u] ul (ol),

7.. Diri, qazuan (qazubane-qəzəblə), gəl surağın, [kim] söytü qanumuzu?

8.. Sə[n] su, ud ara kaş e, gəl ləz (izlə) uni, ginə şuxam,

9.. Du gə, du gə, du gə ey, [mən] azuni nükur udam (Mən ən azı bəzəkli udam)!


Qəzəl 2

2. Su endümü ki, ağaşa, car а meşə muniba,

(Bahar yağışları başladımı ki, meşə tamtəraqla car çəkə onu),

3. Nam, Enlil, an ki, munes umdumu, qış kimti zü yum?

(Bu şərəfdir Enlil, an ki, qış mərhəmət umandımı ki, adamın kimliyini soruşsun?)

4. Ki, ay uğmini dağal, ür[yan] adam, məskənmü, əgər qar? ,

(Sən ey köşə tənbəli, heç üryan adama da qardan məskən olar?)

5. [Bil ki], qalaça sığanu edər təşbi ta imta abad

(Bil ki, qalaçaya sığınmaq adamı qızdırıb abad edər).

6. Nə ibru, sə[n] kü, baş ud ul biçar duus aşa bidab,

(Nə eybi, kaş sən baş od ol, qızdır biçar dostun aşıb tabsız qalanda),

7. İsmə Dağandumu Enlillə sağkeşdə baminiku?

(İsmə Dağandumu ki, Enlillə səhər şəbnəmini yarı bölür?)

8. Uru ki, nitekim, gə cuşa, igi [iy tək] nimşi qal!

(Nəyin varsa ver, elə dediym kimi, cuşə gəlib iy təki fırlanan qal (durmadan işlə)!


Qəzəl 3

1. Aya Enlil, kürdür, an ki, şax e, pad aça

(Aya Enlil, bu ki, ilacdır, budaq almaz təki çiçək aça),

2. Əbcu əkir ki, ağacu şum uranda bara mahcu (və ya dərə məhsul).

(Ağsaqqal əkir ki, ağacı, şum zamanı məqsədə bara – çata – məhsul dərə).

3. Şum uri eşcə, mən bir kal-kal alam, şuluxçi bir maham,

(Şum yumrularına hamar çəkəndə, mən bir kal-kal alam, şuluxçu bir məxluqam),

4. Əkürsə bir qələm ki, adam, nika (havayı) gedib bəyəm?

5. İsmə Dağan, qış xurməsi bəzi xarabsa, say e, say cütdəyəm.

6. Enlil İsmə Dağan, tum u ki, ağaca nəmlük ala,

7. Ana-bala təkin bir hara süd.

(Ana balanı isti südü ilə qidalandıran təki, toxum da ağacı yerdəki nəm rişə ilə qidalandırır).

8. Xışçı gəlsə, cütdə biyim.

* * *

Hər şeydən əvvəl onu qeyd edək ki, MUSİQİ sözünün özü “şumerlərdən” (qədim türklərdən) alınmadır. Halbuki dünya ensiklopediyaları təsdiq edir ki, söz öz kökünü yunan dilindəki μουσική мosike-dən alır. Haqlıdırlar. Şərtsiz, bütün Avropa dilləri minlərlə məişət sözlərini və əsasən elmin bütün sahələrinin, xüsusilə, tibb və musiqi terminlərinin çoxunu latın, yunan dillərindən alıblar. Avropalılardan Şərqə, xüsusən “şumerlərə” coğrafi məkanca tarixən ən yaxınları da elə məhz yunanlar olublar. Türk mənşəli etruskların isə latınlılarla bir dövlətdə yaşadıqlarını, bu günkü italyanlıların çoxunun kökündə durduqları faktı çox gizli mətləblərdən xəbər verir. Ona görə də avropalıların musiqi terminini yunanlardan aldıqları fikri həyatı reallığın əksidir. Bununla belə, mixi yazıların yeni oxunuşu bizə daha dərin köklü mətləblərdən danışır.

Digər ulu yazarımız Şəmsi Ədəd Abi ərəbin onun Türükkü (Türk) adlandırdığı millətinin başına gətirdiyi fəlakətdən qəzəblənərək, ona üz vermiş faciəni bir anlığa unutmaq üçün musiqiyə və bir cam şəraba müraciət edir:


Çal müziim, rah caam (bir cam şərab), al qəm!..

Samma hurrayam (horrayam, sıyığam)!


Bu kitabın elmi redaktoru prof. Rafik İmrani bu cür tərcüməmə irad turur. O qeyd edir ki, burada Rah şərab kimi işlənməyib. Rah muğamlarımızdan, Cam isə qədim müsiqi alətlərindən birinin adıdır. Əgər qəmi götürmək üçün şərq, xüsusilə Azərbaycan şairlərinin daima şəraba müraciət ənənələrini bir kənara qoysaq, bu versiya da çox mümkündür. Belə olduqda, biz həm mixi yazılarda aşkar olunan muğamlarımıza, həm də musiqi alətlərimizə birini də əlavə edə bilərik: Rah – muğamı və Cam – musiqi aləti.

O zaman sətir belə tərcümə edilməlidir:


Çal müziyim, ey Cam Rah çalıb da, qəmləri al!.. Tamamilə mümkündür.

Digər antik qadın yazarımız Бikə gil yazılı poemasında deyir:

Çıkaru restü, Tan hakkısı (Nə çıxarı, nə qalığı oldusa-hamısı açılan Dan haqqı)

Ana Mahur rəqsi aradı, (Dana (Erə) Mahur rəqsi sifariş verdi),

Haş Huri aradı, (Haş – qalmaqal, huri – azadlıq),

Müzik kannı! (Qanı musiqidən yoğrulmuş)

Где, когда и как родился мугам

Подняться наверх