Читать книгу Где, когда и как родился мугам - Тариел Азертюрк - Страница 9

III. ULULAR MUĞAMI MUĞAM AKADEMİYASINDA TƏDRİS EDİRDİLƏR. BUNA LYAPİS-LAZURİ LÖVHƏSİ ŞAHİDLİK EDİR. LÖVHƏ HƏM DƏ İKİ YENİ MUĞAM BARƏDƏ MƏLUMAT VERİR

Оглавление

I: da-gu-na……………..II: dim-mu-ziSALagrig

ama-ga-ku

DUMU.SAL ti-sa


Qiymətli daş sayılan lyapis-lazuri lövhəsi üstündə tərtib edilmiş yazını ilkin deşifrə edib oxuyan J.Nougayrol [8] hər iki tərəfdə qabardılmış eyni yazının dilini hurrit dili sayır. Onu qeyd edək ki, 22 illik gil yazıların tədqiqi təcrübəmizdə ilk dəfədir hurrit dilinə rast gəlirik. Elə bəri başdan deyək ki, tərcümə özünün mənasız söz yığımı ilə minlərlə digər tərcümələrdən heç nəyi ilə fərqlənmir. Burada da küt və ənənəvi sözlərə meydan verilib. Tərcümənin daha bir təəccüblü cəhəti ondan ibarətdir ki, yazıdakı türk dilinin sual şəkilçisi olan DUMU, sən demə, hürrit dilində də “övlad” mənasını verir. Adətən, dil ailəsinə mənsubiyyətindən asılı olmayaraq, istər sami mənşəli dillər (akkad, assur), istər aqqlütinativ dillər (şumer, urartu, elam), istərsə də hind-avropa mənşəli dillər grupuna (harrit, hetit, hurrit) və yaxud digərləri olsun, heç bir fərqi yoxdur, bütün ölü dillərdə DUMU “oğul” kimi tərcümə edilir. Bu necə olur ki, eyni bir söz bütün ən müxtəlif dil ailəsinə mənsub dillərdə belə eyni məna verir?

Dillərin öz aralarında sözdəyişmə prosesi millətlərin lap ilk təmas dövrlərindən yer almış təbii prosesdir. Amma eyni mixiyazılı şəkilçini bütün dillərə şamil etməyin özü, bu cür tərcümənin uydurma olduğuna qəti sübutdur. Bir anı da qeyd etmək vacibdir – əgər DUMU – dan sonra anlaşılmayan hər hansı söz və ya şəkilçi gəlirsə, o zaman onlar birlikdə, bu mətndə olduğu təki, bütün sadaladığım dillərdə “qız”a çevrilir. Yəni “qız” kimi tərcümə edilir. J.Nougayrol da DUMU.SAL`ı “hurrit” dili üçün də tam əminliklə qız kimi qəbul edir:


Daguna, the wet-nurse,

daughter of

Tisadimmuzi

the attendant


Az: Süd verən (əmizdirən) Daguna, Tisadimmuzinin qulluqçusunun qızıdır.


Mətn bizim modelləşdirmə və tərcüməmizdə aşağıdakı kimi səslənir:


M: I. Daguna amaga kuDUMU sal tisa

II. Dim muzi sal agrig


Lüğət və kommentarilər (LК):


I.Daguna – güman ki, tağanula — ırlamak – şakımak, oxumaq, tərənnüm etmək, bülübül tək ötmək, cəh-cəh vurmaq, zəngulə vurmaq; amaga – amaca — amac, qayə, məqsəd; 2) nişangah; amak (-kı) cəmdə, təkdəki umk — dərinlik, amakına nüfuz etmək – [işin] məğzinə varmaq; kuDUMU- kudumu – güdümü – güdürmü; birlikdə amaca gütmek – məqsəd güdmək; amaca güdümüu məqsədi güdürmü? Sal – salmaq, qatmaq, söhbət yüksək tonda səsdən gedir; tisa – şəksiz tiza – tiz1) hündür, kəskin, nüfuz edən; 2) mus. hündür, yuxarı not; birlikdə: Sal tizayuxarıdan, hündürdən götür (notu); yüksək notda oxu;

II.Dim – dəmbəm`ə – pəs`ə oxşayır; bəmbəmdən, astadan, yarımtonda oxumaq; Amma bəm deyil. Muzi – musiqi; sal —; agrig – ağrıq (xalq deyimi) – аğrıah-vay, qəm, kədər.

Bahar (İstər) bayramının ilk səhəri erdən Azərbaycan türkləri dəhnə, kəhriz, çay üstünə çıxıb, Baharın ilk müqəddəs sularında yuyunur, sonra onun üstündən hoppanaraq hündürdən: “Ağırrığım-buğurruğum bu su aşağı!”, deyə suya müraciət edirlər. Həmən ümid dolu ifadəni u günün axşamı Yeni fəsil – Yeni il bayram şərəfinə qalanmış ocaq alovlarının üstündən atılanda da qışqırır, lakin bu dəfə oda müraciətlə: “Ağırrığım-buğurruğum bu odda yansın!» nidasını edirlər.

Çoxlarının düşündüyü kimi, buradakı ağırrıqçəki, kütlə və ya massivlik deyil. Ağrı, kədər, qəm-qüssə, muun`dur (gil yazılı dövrünün adekvat məna daşıyan terminidir). Yazıdakı ağrıq burada bu anlamlarda işlədilib.

Lyapis-lazurdan hazırlanmış lövhədəki yazının işarələrini ayrıca deşifrə etməyə çalışaq:



Bu kiçik mətni tam dəqiqliyi ilə açmaq yolunda 3 mərhələ keçmişik. Onlar bir-birini rədd etsələr də, biz onların hər üç versiyasını burda işıqlandırmaqdan utanc duymadıq. Əksinə, dilimizin mixi yazılı sirrlərinin gələcək tədqiqatçılara çivi yazılardan son və təkmil cavab almaq yollarının çətin olduğunu, çətin olduqca da səbir tələb etdiyini göstərmək istədik. Beləliklə.

1-ci versiya

Yazı ilk baxışda belə məna verir:

Az: I. TAĞANULA AMACA GÜDÜMÜ (A, QIZ), SAL TİZƏ;

II. DƏM MÜZƏ SAL AĞRIK.

Tağanula amaca güdümü (Oxumaq məqsədi güdürsənsə), sal tizə (qalx zilə);

Dəm müzə sal ağrık (ağrı) (Dəm müsiqiyə ağrı qat).


Noqeyrolun (J.Nougayrol) açılışından belə anlamaq olur ki, biləyindən tutulub, kürsüdə oturan bəyin yanına gətirilən gənc qız (qadın), yəqin ki, hansı körpəyəsə öz döşlərindən süd vermək üçün təqdim edilir. Arxasınca gələn sonuncu qadının əlindəki vedrə isə – Nogeyrol qadının əlindəki çantanı belə təqdim edir – “süd sağılmaq üçün” gətirilib yəqin… Kahkəşanlı tariximiz bax beləcə predmetsiz yazılarla təhqir edilir, adımız səhifələrdən silinir, müdrik əcdadlarımızın ruhları üstündə kotanla şum çəkilir.

Müəllifin fikirncə, Böyük Britaniya muzeylərindən birində saxlanılan qiymətli lövhə Quzey Mesopotamiyanın və ya Suriyanın şimalından aşkar edilib. Bu yer coğrafi baxımdan vaxtilə orada öz dövlətlərini qurmuş ulu türklərin Ete eli adlandırdıqları ölkə ərazisi ilə eynidir. Lövhəni son Akkad dövrlərinə, yəni eramızdan əvvəl 2254-2154-cü illərə aid edirlər. Yəni ona təxminən 4300 il yaş verirlər. Bu yaş da dünənin məhsulu saydığımız dağunanın (heyratı)demüzinin (segahın) təmiz sinni deyil. Əgər yazılan bu dövrdə onları musiqi akademiyalarında tədris edirdilərsə, deməli, onlar bu lövhəyə qədər uzun tarixi yol keçiblər.

Əmin olduğumuz kimi, lövəhinin kənarlarını bəzəyən eyni ilə təkrar olunmuş mətn təmiz türkcə səslənir və o musiqiyə həsr olunub. Solda qabartmalarla bəzədilmiş yüksək kürsüdə oturub, ayaqlarını yenə də qabartmalarla örtülmüş ayaq altlığına qoymuş nəcib kişini Nageire allah adlandırır. Əgər o allahdırsa, onun körpəsi haradan, və hətta əgər o varsa, ona niyə küçədən tutulub gətirlmiş kimsənə süd verməlidir? Məntiqsiz söz yığını.

Əslində alicənablığı ilə seçilən şəxs, öz zamanının Musiqi akademiyasına sahib müəllimdir. Burada allahlıqdan söhbət gedə bilməz. O onun həmkarı tərəfindən yanına tövsiyə üçün gətirlmiş gənc xanəndəyə məsləhət verir. Gəncin əlindən tutmuş qadın, yəqin ki, qızın vokal üzrə ya sinif, ya da ailəvi müəlliməsidir. Anun (qadının) kübar cəmiyyətə aid olduğu həm paltarının, həm gentacının (termin mənimdir – şlyapasının-T.A.) forma və bahalığından sezilir. A (qadın – Əcdad kitabında [10] dilimiz üçün qadın cinsi əvəzliyi kimi işlətməyi təklif edirik – T.A.) da, maestro kimi qat-qat tikilmiş çoxsəviyyəli paltardadır. Kürsüdəkinin dövrünə məxsus görünür, çox bahalı gentacı (şlyapası), çiyinlərinə tökülmüş uzun, qıvrım saçları, Qarabağ xanəndələrinə məxsus dolu ovurdları və kök buxağı, qalın bığları onun musiqi ustaları arasındakı yüksək səlahiyyətindən və cəmiyyətdəki nəcib statusundan xəbər verir.

Müəlliməsi ilə yanaşı gənc tələbə qızı görünür, anası da müşaiyət edir. A əlındə ya dəridən hazırlanmış, ya da rəngli ipdən toxunmuş qadın çantası (“vedrə” – Noqeyrol) tutmuşdur. Əsər yüksək texnologiya və sənərkarlıqla yonulduğundan arxadakı iki fiqur bir-birinə çox oxşayır və ikincinin yaşlı sifəti dediklərimizi – anun qızın anası olduğu fikrini – təsdiqləyir. Ana və müəllimə xanəndəlik sənətinə yenicə ayaq basmaq istəyən qızın vokal imkanlarını məşhur maestroya göstərməyi qərarlaşdırıblar. Kübarlığı şübhə doğurmayan müəllim, azacıq sonra mətndən enən məlumatdan görcəyimiz kimi, dövrünün məşhur muğam ustasıdır. Şəklin təbii olduğuna şübhə yoxdur. Yəni, əsər özündə vaxtilə mövcud olmuş tanınmış şəxslərin obrazlarını əks etdirir. O, elə-belə, xəyal məhsulu deyil. Bu mənada dediklərimiz doğrudursa, bir fakt adamın hisslərini göynədir ki, maestronun adı lyapis lövhəsinə qazılmayıb. Əks təqdirdə, biz ilkin muğam ifaçısının, hətta professorun səsini eşitməsək də, heç olmasa, üzünü gördüyümüz kimi, adını da bilərdik. Bu, Cabbar Qaryağdıoğludan başlandığını iddia etdiyimiz muğam sənətimizə dörd minillik ilkin ustadımızın adını qızıl hərflərlə əlavə etməyə imkan verərdi.

Buradaca qeyd etmək lazımdır ki, onları özününküləşdirmək yolunda tədbirlər görülməlidir. Bunun üçün maestronun, qarşısındakı qadın həmkarının və anun dərs dediyi gənc qızın aydın görünən şəkilləri əsasında portret ustası məşhur rəssam Fəxrəddin Əlinin yaradacağı əkslərini Bakıda Beynəlxalq muğam məbədindən asmaqla, onları bizim ulu sənətkarlar kimi dünyaya təqdim etmək haqqımız var düşünürəm. Mən onların şəkillərini bu kitabda “İlkin muğam ustalarımız” adı altında ayrıca verdiyim kimi.

Şəkildəki bir detalı da xüsusi vurğulamaq gərək. Bu sözlərlə mən, muğam ustasının dəbdəbəli, bahalı əbasının altından çıxan sağ əlində musiqi alətini andıran dörddişli əşyaya işarə edirəm. Parıltısından təsəvvür yaranır ki, detal qızıldan tökülmədir. Son illər bərpa edilən Azərbaycan musiqi alətləri arasında ona bənzəri varsa, qoy mütəxəssislər öz sözlərini desinlər. Əfsus ki, mən onları o qədər də tanımıram. İnternetdə də məlumat azdır. O cür musiqi aləti yoxdursa, ona dörddişli kamerton da demək olar hələlik. Bəlkə elə doğrudan da indi ikidişli kimi tanınan – orekstrə və xora start vermək üçün yarımtonu tapmaq məqsədilə geniş işlədilən kamertondur. Mətndə aparılan söhbət də onu nümayiş etdirməyin vacibliyini ortaya atır. Çünki gənc müğənni özünün vokal imkanlarını yoxlatmaq üçün maestroya müraciət edir.

Müəyyən düşüncələrdən sonra qərara gəldik ki, şəklin təsviri və ondan çıxan nəticələr tam həqiqət olsa da, iki sətirdə verilmiş əski mətnin açılışında, yəni ilkin tərcümədə məntiq azdır. Əgər kimsə oxumaq istəyirsə, vacib deyil ki, o həmişə səsini yüksək tonda saxlasın (mətndə I seqment). Bu, nəhayətdə səs tellərinə qansızması və səsin xırıltılı çıxmasına gətitrib çıxarır. II seqmentdə isə Dim və ya Dəmin Bəm (pəs) ilə əvəz edilməsi də vacib deyil. İşarələr təmiz oxunur və buna görə də “müzi”ni musiqi kimi anlamaqda da səhv var. Odur ki, əslində Daguna`nı Tağanula, Dim`i Bəmlə dəyişmək olmaz.


Конец ознакомительного фрагмента. Купить книгу
Где, когда и как родился мугам

Подняться наверх