Читать книгу İrqlərin hökmranlığı və Arçibald sərhədləri - Tural İsmayılzadə - Страница 2

Оглавление

Qədim dövrlərdə qradoslar vəhşi varlıqlar sayılırdılar. Onlar meşə, dağ, səhra mağaraları və ya tərk edilmiş kəndlərdə məskunlaşırdılar. Bu varlıqlara cəm halında rast gəlmək mümkün deyil. Arçibaldda arilərin cənubdan gəlişindən sonra görünməyə başladılar. Əvvəllər sadəcə kənd ətrafı ərazilərdə ovlansalar da, vaxt keçdikcə yaşayış məntəqələrinə də hücum etməyə başladılar. Uzun müddət davam edən aramsız hücumların qarşısını cənub döyüşçüləri aldı. Arçibald sərhədlərini detronlar müdafiə etməyə başdadıqda isə, bu varlıqlar tamamilə yoxa çıxdılar. Hər kəs qradosların nəslinin kəsildiyini düşündü.

İrqlərin hökmranlığı və Arçibald sərhədləri

Подняться наверх