Читать книгу İrqlərin hökmranlığı və Arçibald sərhədləri - Tural İsmayılzadə - Страница 4

Оглавление

Şimal ovçuları insan irqinin mənsubları idi. Onlar Arçibaldın şimal və şimal-qərbində yerləşən yerli əhali arasından seçilirdilər. Hər fəsil bu ərazilərdə yerləşən kəndlərdə baş tutan sınaqdan uğurla keçən döyüşçülər bu ada layiq görülürdü. Əvvəllər bu cür ovçular yaşayış məntəqələrinin müdafiəsi və gündəlik işlərlə məşğul olurdular. Yüksək icmada insan irqinə söz haqqı verilmədikdən sonra şimal ovçuları döyüşçü təbəqəyə çevrildi. Onların çoxu Arçibaldın digər irqlərinə qarşı çıxan Folian adlı insana qoşudular. Folin və yandaşları məğlub olsa da, şimal ovçuları döyüşçü təbəqə olaraq da qaldı. Vaxt keçdikcə onlar detron sıralarında xidmət göstərməyə başladılar.

İrqlərin hökmranlığı və Arçibald sərhədləri

Подняться наверх