Читать книгу İrqlərin hökmranlığı və Arçibald sərhədləri - Tural İsmayılzadə - Страница 6

Оглавление

Bartun şəhəri Arçibaldın cənub-şərqində yerləşir. Bu şəhər uzun fəsillər əvvəl kiçik kənd olaraq salınmışdı. Daha sonra bura detronların əsas düşərgəsinə çevrildi. Cənubdan gələn hücumların qarşısını almaq üçün ən əlverişli məntəqə sayılırdı.

Arilərin gəlməsi ilə artan hücumlardan sonra Bartun şəhər adlanmağa başladı və ətrafı daş divarlarla hasarlandı. Arçibaldın bütün cənub sərhədləri bu şəhərdən qorunurdu. Bartunun daimi başçısı yox idi. Detronlara başçısılıq edən şəxs, həm də şəhərin başçısı sayılırdı.

İrqlərin hökmranlığı və Arçibald sərhədləri

Подняться наверх