Читать книгу Dəli Çəmənli - Vahid Çəmənli - Страница 14

Dəlidən doğru xəbərlər
«Ruhlar şəhəri» nə sağlam nəzər

Оглавление

Zaur Qarabağiyə həsr olunur

Gözlərimin önündə Ağdamın xarabalıqları… Şəkillər, şəkillər, şəkillər…

Elə bil xarabalıqların şəkillərini yaymaq üçün yarışa girmişik. Kim daha «gözəl» şəkil yaya bilər. Ah, səndə dağılmış məscidin şəkli varmı? Ah! Bu çay evidi… Gör nə günə düşüb? Onu blituzla mənə göndər. Evdə nənəmə göstərəcəm. Ay Allah, bu nədi, mədəniyyət evidi? Gör nə cür dağıdıblar? Əla! Onu da göndər…

Söhbətə qarışıram… Tezliklə Ağdam şəhəri işğaldan azad olacaq!

– Nəə? Ola bilməz! Tarixində inanmaram. Bu gün Ağdam azad olsa, ayaqyalın-başıaşıq Ağdamacan gedərəm, amma inanmaram, öldürəsən, inanmaram.

Susuram. Allah sənə kömək olsun!. Allah sənə bircə zərrə də olsa, ümid versin, deyə

ürəyimdə dua edirəm.


Zaur Qarabaği


Gəncliyimdə Əfətlidə Mikayıl adlı (Allah rəhmət eləsin!) bir tanışımın kitablarının içində bir kitab gördüm. Adı da qəribə idi: «Fikir dalınca». Kitabı oxumaq üçün istəyəndə tanışım az qaldı məni qucaqlayıb öpə. Sən bu kitabı niyə seçdin? Bu kitab insanın fikirlərinin ən canlı, ən kamil bir yaradıcı qüvvə olduğunu deyir. Sözlərindən heç nə anlamadım. O vaxtlar o kitabı da anlaya bilmədim. Demək olar ki, oxumadan sahibinə qaytardım. İlk oxuduğum dini kitabda deyilirdi: " Allah insanı öz timsalında yaratdı, özünə oxşar yaratdı». Qəbul etdim. Doğrudan da insan yaradıcıdır. Amma insan Allahdan fərqli olaraq, cansız aləmi yaradır. İnsan hər şey yaradır, amma onun yaratdığları zamana qalib gələ bilmir. Bir zamanlar mən də belə fikirləşirdim. Arqonavt Yasonun gəmisi yadınızdamı?..Uzaq bir adada başı keyfə qarışan yunanların gəmisi tez bir zamanda yarıyacan quma batmışdı. Doğrudan da, İnsan zamana qalib gələ bilmir…

Nə? Mən nə danışıram? İnsan zamana qalib gələ bilmir? Onu kim dedi? Zamana qalib gələn insan yoxmu? Bəs, Məhəmməd peyğəmbər (S.A.Ə.S) Bəs, Sokrat? Bəs, Nizami? Bəs, Motsart? Bəs, Bethoven? Bəs, İsaak Nyuton? Bəs Eynşteyn? Bəs, Mustafa Kamal Atatürk? Bəs, Heydər Əliyev? Onların yaratdığına cansız demək olarmı? Axı, onlar nə yaratmışdı? Onların yaratdığı ilk öncə sadə bir fikirlə başlamırdımı? Hər bir işin başlanğıcında sadə bir fikir, sadə bir ideya durmurmu? Sonra nələr baş verir? Daha güclü bir qüvvə olan inam yaranmırmı? Hər şeyin inamdan başladığı aydın deyilmi? Məgər onlar özləri yaratdıqları ilə bərabər yaşamırmı? Yox? And içə bilərsiniz? Həə? Bilirəm, bilirsiniz ki, onlar yaşamır. Qəbirləri hardadı, onu da bilirsiniz. Görürəm, çox məlumatlısınız. Siz uça bilirsinizmi? Nəə? İnsan uça bilməz? Ah, siz realistsiniz! Aydındı!

Heç nə aydın deyil! Mən bu gün Ağdamı sizdən fərqli görürəm:

Ağdam böyük bir tikinti meydanıdır. Minlərlə ekskovatorlar, buldozerlər şəhərin ərazisini müharibənin törətdiyi zibilliklərdən təmizləyir. Mühəndislər layihələr tərtib edir, planlaşdırırlar. Minlərlə maşınlar daş, çınqıl, qum daşıyır. Əyinlərində tikinti forması on minlərlə insan Yeni Ağdamı tikir. Parklar, salınır, yollar çəkilir, məscid təmir olunur. Yeni Aeroport binası inşa olunur, Yeni dəmir yol vağzalı, avtovağzallar tikilir.. Yollar boyu ağaclar əkilir, üzümlüklər salınır (mən üzümü çox sevirəm). Hələ çox şeylər yaza bilərdim. Qorxuram oxumayasınız! Bəlkə də oxumayacaqsınız. Amma oxuyan tapılacaq. Mənim təsvir etdiyim Ağdama öz varlığı qədər inanan insanlar var. Bizimlə,…siz inanmayanlar görəcəksiniz bu işi…


Yeri gəlmişkən…Allah işinizi avand eləsin!


P.S.

Məni xəyalpərəst adlandırmaq istəyənlər G. Uelslə V. Leninin söhbətini yadınıza salın. Dogrudur, mən V. Lenin deyiləm, amma…siz də G. Uels deyilsiniz!

Dəli Çəmənli

Подняться наверх