Читать книгу Yaza bilmədiyim şeir. Seirlər - Roma Xosrov - Страница 3
SƏNİN BAXIŞLARIN HEÇ OXUNMAYIB
ОглавлениеQara gözlərini qoy vərəqləyim,
Bilim ki, qəlbinə əl toxunmayıb.
Qopub səhifəsi neçə kitabın,
Sənin baxışların heç oxunmayıb.
Gör, alın yazımda neçə səhv gedib,
İlahi, vaxt tapıb kaş yoxlayaydın.
O qızın adını ora yazmağa,
Barı beş hərflik yer saxlayaydın.
Məni bir körpətək yenidən yarat,
Bu köhnə ömrümün ilini dəyiş.
Dünyada belə bir əlifba yoxdur,
Gəl alın yazımın dilini dəyiş.