Читать книгу Yaza bilmədiyim şeir. Seirlər - Roma Xosrov - Страница 4

BİR AXŞAM QAPI DÖYÜLƏ

Оглавление

Bir axşam qapı döyülə,

Durub, qapını açasan.

Baxasan ki, özünsən,

Özündən qorxub qaçasan.


Qaçasan lap uzaqlara,

Yolunu kəsən olmaya.

Nə arxanca bir ağlayan,

Nə də ki, küsən olmaya.


Yeni dünya yaradasan,

Elə qəlbinin özündə.

Həm, dünyada tək qalasan,

Həm də, Allahın gözündə.


Yaza bilmədiyim şeir. Seirlər

Подняться наверх