Читать книгу Yaza bilmədiyim şeir. Seirlər - Roma Xosrov - Страница 5
UŞAQ ARZULAR
ОглавлениеBir adam gözümdən elə yıxıldı,
Tutub ayağımdan dura bilmədi.
Hər gün xəyalında villa tikən qız,
Özünə daxma da qura bilmədi.
Böyüyüb o vaxtki uşaq arzular,
Ürəyim səninlə yaşayır hələ.
Tanrı alnımıza yazan yazılar,
Tale sənədi tək verilmir ələ.
Qoca bir ağacdım kötüyüm qalıb,
Sınan qollarımın budağı ol gəl.
Hər gün xəyalımda gəzdiyin bəsdi,
Bir gün də evimin qonağı ol gəl.