Читать книгу Yaza bilmədiyim şeir. Seirlər - Roma Xosrov - Страница 6

ÖLSƏM DEYƏRSƏN ACİZDİR

Оглавление

Mən səndən indən belə,

Ümidimi üzüm gərək.

Ölsəm, deyərsən acizdir,

Həsrətinə dözüm gərək.


Gözüm elə yol çəkir,

Yollar da yaman uzun.

Heç günəş də əritməz,

Ayrılığın, o buzun.


Gözlərində sual var,

Baxışında bir nida.

Səndən mənə xatirə,

Həsrətin qaldı, əlvida!


Yaza bilmədiyim şeir. Seirlər

Подняться наверх