Читать книгу Yaza bilmədiyim şeir. Seirlər - Roma Xosrov - Страница 7
VARLIĞIN ƏLİMDƏ BİR SƏNƏD OLDU
ОглавлениеBu qız nə yaman utancaq imiş,
Elə bil körpədi təzə dil açır.
Gözü kipriyindən elə boylanır,
Üzündə təbəssüm qızılgül açır.
Elə bil bu qıza dərs keçəcəm mən,
Elə bil, yanıma tələbə gəlib.
Əyninə baxan da elə bilər ki,
Bu qız görüşə yox məktəbə gəlib.
Çiynindən asdığı o əl çantası,
Girib aramızda bir sərhəd oldu.
O gündən qızlara inanmaq üçün,
Varlığın əlimdə bir sənəd oldu.