Читать книгу Qadinlar Nə Istəyir? Kişilər Nə Verir? - Mustafa Kılınç - Страница 10

BİRİNCİ HİSSƏ
Qadını və Kişini İstiqamətləndirən Beyin

Оглавление

Kişilərin həyatı necə dəyişir? Hansı istiqamətə doğru dəyişirsiniz? Ayaqlarınızdan başınıza, yoxsa başınızdan aşağıya doğru? Qadınları və kişiləri istiqamətləndirən, bəzi şeyləri onların gözündə düz göstərən beyindir.

– Qadın və kişini inanclarına, dəyərlərinə uyğun hərəkətə sövq edən beyindir.

– Sevgili olan vaxtlara və evlilik dövrünə istiqamət verən beyindir. Çünki hisslər beyində yaranır.

– Qadın və kişi arasında münasibəti başladan beyindir. Xarakter və davranışlarımızın kodları şüuraltı zehnimizdədir.

– Sağlamlığımıza istiqamət verən beyindir. Çünki xəstəliklərin çoxu şüuraltı kodlara əsaslanır.

– Siyasətə istiqamət verən beyindir. Çünki səs vermə qərarı beyində formalaşır.

– Aldatmağa sövq edən beyindir. Çünki qarşımızdakını aldatmaq qərarı beyində formalaşır.

– Cinsi əlaqəyə yön verən beyindir. Çünki zövq alma və ya cinsi münasibətlərdən imtina qərarını beyin verir.

– Qadın və kişi arasındakı qısqanclığa istiqamət verən beyindir. Çünki beyindəki qısqanclıq düşüncəsi bu hissi yaradır.


Qadınlar nə istəyir, kişilər nə verir?


– Kişi və qadını sevgi, hörmət və mehribanlığa sövq edən beyindir. Çünki müsbət və ya mənfi fikirlər beyində yaranır.

– Qadın və kişilərdə gözləntiləri yaradan beyindir. Çünki gözləntilər və ona qarşılıq vermək qərarı beyində formalaşır.

– Qadınların istəklərini formalaşdıran beyindir. Qadının şüuraltı dünyasındakı davranış formaları avtomatik olaraq beyində proqramlanır. Kişilərin nələri fəda edəcəklərinə qərar verən beyindir. Çünki şüur altındakı şifrələrin mərkəzi beyindir.

Yenicə tanış olduğumuz birini tanımaq üçün xeyli cəhd göstəririk. Gəlin, indi də bir az şüuraltı dünyamızı tanımağa və ondan necə istifadə edə biləcəyimizi öyrənməyə çalışaq. Şüuraltı gücünüzü kəşf etsəniz, bütün qapıları aça biləcək sehrli açara sahib olacaqsınız. Bu sizin haqqınızdır. Şüuraltı dünyanız sizə xidmət etməyə hazırdır. Bəs siz? Siz də dərinlərə baş vurmağa, şüuraltı zehninizlə tanış olmağa hazırsınızmı?

“Şüurlu şəkildə kəşf olunmağa doğru getmək çətindir”.

Şəkil 2


Həyatda güclü, sevgi dolu olmağı və uğur qazanmağı bacarmaq


“Bütün azadlıqlar beyində başlayar və beyində bitər”.

“Mustafa Kılınç”


(Karikatura 2)

Qadinlar Nə Istəyir? Kişilər Nə Verir?

Подняться наверх