Читать книгу Qadinlar Nə Istəyir? Kişilər Nə Verir? - Mustafa Kılınç - Страница 11

BİRİNCİ HİSSƏ
İkili Xarakter

Оглавление

“Bir bədəndə iki fərqli insan?”

Bunun gülməli olduğunu etiraf edirəm. Həm şüurlu, həm də şüuraltı zehnimiz, davranışlarımızla daim əlaqədədir. Amma onların öz aralarında heç bir əlaqə yoxdur. Bu səbəbdən insanlar “bilmirəm”, “düşünməliyəm” və ya “nə edəcəyimə əmin deyiləm” kimi cümlələr qururlar.

Adətən, insanlar özlərini və onları əhatə edən dünyanın mənasını anlamağa çalışırlar. Zaman-zaman hər birimiz bizi dəhşətli dərəcədə təəccübləndirən şeylər danışırıq. Fəhmimizlə ziddiyyət təşkil edən bu sözləri mənalı etməkçün hekayələr uydurmaq məcburiyyətində qalırıq. Məhz bu hekayələr irəli getməyimizi təmin edir. Özümüzü və ətrafımızı başa düşməyi daha da çətinləşdirən 1,5 kq-lıq beynimizdə daşıdığımız deformasiyaya uğramış acı xatirələrdir. Beyin hər hadisəni təzə saxlayan bir video deyil. Beyin – hadisələri, düşüncələri, xatirələri təhlil edərək yenidən bir yerə toplayan, sonra yenidən təhlil edib təkrarən toplayan bir mexanizmdir. Səhvlərlə dolu xatirələrə o qədər çox rast gəlinir ki, hər hansı böyük bir söhbətin əsnasında ən azı bir dəfə heç vaxt yaşanmamış xatirədən bəhs edilir.

Bu iki qüsurlu ünsürü anlamaq (hafizəmiz və ikili xarakterimiz) eyni hadisə ilə üzləşən, lakin bunu fərqli şəkildə xatırlayan və ya təhlil edən insanların dava və mübahisələrini başa düşməyə kömək edər.

Araşdırmalar başqalarına necə reaksiya verəcəyimizin ehtimal oluna biləcəyi ilə bağlı bəzi ipucları verir. Məsələn, bacısını (qardaşını) sevən bir adam onun kimi davranan başqa insanları da sevir.

Adətən, qadınlar ilk sevgilərinin təsirindən asanlıqla xilas ola bilmirlər. Qadınların hissləri dərin olduğu üçün ilk sevgililərindən ayrılarkən qarşılarına çıxan hər insanda onun xüsusiyyətlərini axtarırlar. Bir neçə ortaq xüsusiyyət tapanda isə qadının beyni dərhal “ona etibar edə bilərsən” mesajını verir. Bununla da qadın bir müddət əvvəl tanıdığı kişiyə çox etibar edir və onunla bağlı gözləntiləri çox olur.

Kişilərdə isə vəziyyət bir qədər fərqlidir. Kişilər ilk sevgilərindən sonrakı münasibətlərində ortaq xüsusiyyətlər axtarmır, fərqli nöqtələrə diqqət yetirirlər. Bu halda qadın fərqli, daha cazibədar olmalı, özünü sıxmamalı, sərbəst şəkildə münasibətinə davam etməlidir.

Aralarındakı münasibəti təhlil edə bilənlər üçün heç bir problem olmur. Təhlil etməyi düşünməyənlər isə adətən, rahatlıq tapa bilmirlər.


Həyatda güclü, sevgi dolu olmağı və uğur qazanmağı bacarmaq


“Düşüncə ilə davranış birgə hərəkətə keçir. Davranışın başlanğıc nöqtəsi zehindir”.

“Mustafa Kılınç”


Aranızdakı münasibətə, evliliyinizə bir ad qoymalı olsaydınız, bu ad nə olardı? Burada iş sizin üzərinizə düşür. Qoyacağınız ada görə münasibətiniz beyniniz tərəfindən istiqamətləndiriləcək.

Gəlin, ad qoyaq.

Bizim münasibətimizin adı…………………………………

Qadınlar nə istəyir, kişilər nə verir?


Bizi tanımayanlar kənardan münasibətimizi necə qiymətləndirər? Onlara görə bizim münasibətimizin adı nədir?

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..

Çünki……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..


Münasibətinizə özünüzün və başqasının gözü ilə baxmağa, qiymət verməyə cəsarət etdiyiniz üçün TƏBRİKLƏR. Zəhmət olmasa, verdiyiniz cavabları “çünki” bölməsində qeydlərinizlə əsaslandırın. Sizin və beyninizin buna ehtiyacı var.


“Səni sevirəm deyə bilirəmsə, bu, səndə bütün insanlığı, canlı olan hər şeyi və səndə olan səni sevirəm deməkdir”.

Erich Fromm

Qadinlar Nə Istəyir? Kişilər Nə Verir?

Подняться наверх