Читать книгу Qadinlar Nə Istəyir? Kişilər Nə Verir? - Mustafa Kılınç - Страница 3

MİNNƏTDARLIQ

Оглавление

“Duyusal Alqı (Hissi Qavrama) Proqramlama Mərkəzi olaraq işimiz gözlə görüləcək vəziyyətə gətirilmiş sevgimizdir”. (Mustafa Kılınç)

Hər zaman olduğu kimi, bu əsərimin də ərsəyə gəlməsində dəstəyini və inamını bir an belə, əsirgəməyən sevgilim, həyat yoldaşım, sirdaşım SEVDAya minnətdaram. Sevdam, sevgilim, yaxşı ki, varsan. Həyatımın əvəzedilməz tək qaynağısan. Həyatım boyu var olacaq tək sevgimsən. Həyatımda olmasaydın, arzulamadığım bir həyatı yaşayacaqdım.

Əziz həyat yoldaşım, sirdaşım, dostum, Sevdam. Dəstəyin üçün sənə sonsuz təşəkkürlər. Etdiklərin və edəcəklərin üçün sənə minnətdaram.

Və sizlərə də – əziz övladlarım Ali Yıldırım, Olcayto Oğuzhan və Ahu Yeşim, anlayışınız və dəstəyiniz üçün təşəkkür edirəm. Bu əsər üzərində çalışanda hər birinizi, hər zaman olduğu kimi, yanımda hiss etdim. Dəstəyiniz və sevginiz üçün təşəkkür edirəm. Həqiqətən vacib bir işə diqqətimi cəmləməyə kömək etdiyiniz üçün çox sağ olun, uşaqlar.

Bu işdə əməyi keçən bütün mütəxəssis dostlarıma da təşəkkür edirəm. Çox dəyərli qardaşım, naşir Süleyman Bayraka və kollektivinə təşəkkür edirəm. Onlar olmasaydı, bəlkə də sizlər bu əsərlə tanış olmayacaqdınız.

Bu əsərin sizlərlə görüşməsində çox böyük əməyi olan, ürəyini, özünü ortaya qoyan assistentim və ictimaiyyətlə əlaqələrə məsul olan koordinatorum, ən yaxın iş yoldaşım Demet Kocakuşaka da təşəkkür edirəm.

“Marka olmaq cəsarət tələb edir” deyiminə inanan və mənimlə hər şəraitdə birlikdə olan əziz dostum, baş müdir Ziya Ustaoğluna təşəkkür edirəm.

Qadınlar nə istəyir, kişilər nə verir?

Sonsuz bilgi və təcrübələri sizlərlə bölüşmək imkanı yaradan dəyərli oxucularıma, məsləhətçilərimə, şirkət və təşkilatlara təşəkkür edirəm.

İstər qadın olun, istər kişi – hər birinizə təşəkkür edirəm.

İnsanlar üçün, güc, uğur, sağlam evlilik və münasibətlər üçün ən yaxşı layihələrdə birlikdə olmaq arzusu ilə… Hər birinizə sonsuz təşəkkürlər.

“Üzərində çalışdığım NLPDAP-ın gücünü çox sevirəm”.


“Mustafa Kılınç”

Qadinlar Nə Istəyir? Kişilər Nə Verir?

Подняться наверх