Читать книгу Qadinlar Nə Istəyir? Kişilər Nə Verir? - Mustafa Kılınç - Страница 7

BİRİNCİ HİSSƏ
Beyindən İstifadə Təlimatı!

Оглавление

“Yaxşı bir başa sahib olmaq yetərli deyil, ondan necə istifadə etməyi də bacarmalısınız”.

Dekart


Əziz qadınlar və kişilər, diqqətli olun!

Beyin gücünüz başınızın içindədir və sizin ondan istifadə etməyinizi gözləyir. Sizə havayı verilmiş beyninizdən necə istifadə edəcəyinizlə bağlı bəzi şeyləri bölüşəcəm. Artıq güc sizdədir.

Mən – Mustafa Kılınç, Türkiyənin ilk və yeganə peşəkar NLP təlimçisiyəm. Dünyanın peşəkar NLP təlimçiləri arasında yer alıram. “NLP Mütəxəssisləri Dərnəyi”nin başqanı, eyni zamanda yazaram. Sahib olduğum bilgilərdən çıxış edərək məndən sizlərə bütün dünyanın qapılarını açacaq bir SİRR verməyimi istəsəydiniz, cavabım belə olardı: “Beyninizdən istifadə təlimatına sahib olun, beyninizi oxuyun, beyninizdən istifadə edin”. Sizlərə beyninizlə bağlı bilməli və etməli olduğunuz məqamları qısa və konkret şəkildə açıqlayacam. Gözünüzü qorxutmayacam. Sadəcə necə etməli olduğunuzu sizinlə bölüşəcəm. Bildiyiniz kimi, beyninizin iki yarımkürəsi var: sol və sağ yarımkürə. Hər bir yarımkürənin özünəməxsus bacarıqlarını anlamaq üçün zehni gücünüzdən daha səmərəli istifadə edərək, sağ və sol beyin funksiyaları arasında tarazlıq yarada bilərsiniz.


Qadınlar nə istəyir, kişilər nə verir?


Sağ Beyin


“Beyniniz – sağ və sol yarımkürələr

bir-biri ilə uzlaşaraq işlədiyində nəticə verir”.

“Mustafa Kılınç”


Sağ yarımkürə yaradıcılıq, təhlil, məkan və məsafələri bir-birindən ayırmaq xüsusiyyətinə, məlumatları heç bir güc sərf etmədən avtomatik olaraq yadda saxlamaq qabiliyyətinə malikdir.

“Mən bu insanı əvvəl haradasa görmüşəm”, deyərkən hisslər sağ beyinə doğru hərəkət edir. Sağ beyin baş verənlərə məna yükləyə bilmir. Fəhminizə etibar etmək sağ beyninizə gələn duyğudur.

Sağ beyin:

Sözlərlə yanaşı, təsəvvür və xəyallarla işləyir.

Musiqi: Musiqi bacarığı, musiqiyə reaksiya vermə qabiliyyəti sol beyində olsa da, bunu sağ beyin müəyyən edir.

Xəyal gücü: fantaziyalar rola necə girməyi bilir. Problemləri bütünlüklə görə, ehtimal edə, böyük problemləri bir anda dəyərləndirə bilir. Üzləri xatırlaya, xüsusiyyətləri bir bütün olaraq görə bilir.

Yuxu görmək: Gördüyümüz yuxular da sağ beynin funksiyalarına daxildir.

Ruhi vəziyyət: İbadət, dua və mistika ilə məşğul olur.

Qeyri-şüuri: Qeyri-ixtiyari düşüncələr və asanlıqla ifadə edilməyən hisslər də sağ beynin funksiyasına aiddir.

Həyatda güclü, sevgi dolu olmağı və uğur qazanmağı bacarmaq


Sol Beyin


Realist, məntiqli və analitikdir, beynin dil mərkəzini təşkil edir. Sol beyin, əsasən, analitik işləri idarə edir. Məntiqi üsullar, əlaqələndirmələr və məna vermə sol beynin funksiyasına daxildir.

Sol Beyin:

Danışmağa, oxuyub-yazmağa nəzarət edir. Hadisələri xatırlayır. Adları yaddaşa qeyd edir və onları necə tələffüz edəcəyimizi bilir. Sol beynin təhlil mərkəzi hadisələri rasional şəkildə qiymətləndirir. Riyazi hissəsi isə rəqəmləri, simvolları qavrayır, hesablama işlərinə üstünlük verir. Vücudumuzun sağ tərəfindəki hərəkətlərə nəzarət edir. Hər iki yarımkürədəki şüurlu və qeyri-ixtiyari zehnimizi bilməyə, məqsədimizə çatmaq üçün onların hər ikisindən yararlanmağa ehtiyacımız var.

ŞÜURLU ZEHİN: hesablamaq, qarşılaşdırmaq, qiymətləndirmək kimi, bir çox təsiredici və əlaqəli funksiyanı yerinə yetirir. Şüurlu zehin VAHİD sistemə malikdir.

QEYRİ-ŞÜURİ ZEHİN: düşünməz, sadəcə hərəkət edər. Sürətlə qərar verər. Vücudu hərəkət etməyə istiqamətləndirər. Əsasən güclü olur, çətin dəyişir. Şüurlu zehnin dərinliklərində yer alır və insanın keçmişdəki hərəkətlərində gizlənir. Fikirlərini rasional şəkildə dilə gətirmir, yalnız davranışlarla reaksiya verir. Bu günlə yaşayır. Sərt, neqativ məlumatlara qarşı həssas olur.


Qadınlar nə istəyir, kişilər nə verir?


Şüurlu zehnimizlə müəyyən etdiyimiz bir hədəfimiz olur. Məsələn, arıqlamaq, işə girmək, davranışlarımızda dəyişiklik etmək. Demək asandır, etmək isə çətin. Qeyri-şüuri zehin üçün sərhədlərimizə toxunmaq bir riskdir. Bunun düşüncəsi belə, özünüzü pis hiss etməyinizə səbəb ola, qorxu, həyəcan və təlaş yarada bilər.

“Gənclik insan həyatının hər hansı çağı ilə bağlı deyil. İnsan özünə olan inamı qədər gənc, şübhələri qədər də yaşlıdır. Cəsarəti qədər gənc, qorxuları qədər yaşlıdır. Ümidləri qədər gənc, ümidsizliyi qədər yaşlıdır. Heç kim bir neçə il yaşamaqla qocalmaz. İnsanları qocaldan hədəflərini dəfn etmələridir. İllər üzünüzün dərisini qırışdıra bilər, lakin həyəcanlarınızı yox etməklə ruhunuzu qırışdırarsınız”.

Samuel Ullman

Qadinlar Nə Istəyir? Kişilər Nə Verir?

Подняться наверх