Читать книгу Qadinlar Nə Istəyir? Kişilər Nə Verir? - Mustafa Kılınç - Страница 5
BİRİNCİ HİSSƏ
Mükəmməl Münasibət Üçün
Beyninizlə Ünsiyyətə Girin
Оглавление“Beyin – mükəmməl bir kölə, bərbad bir hökmdardır”.
“Mustafa Kılınç”
Beynimizə qarşı heç birimiz diqqətsiz və laqeyd qala bilmərik. Ən qiymətli parçanız olan beyninizlə ünsiyyətə girmək, ondan necə istifadə etməyi bilmək və bacardığınız qədər çox faydalanmaq istərdinizmi? “HƏ” cavabını verirsinizsə, bizimlə gəlin.
“YOX” cavabını verirsinizsə, Təbriklər! Ən azı, seçiminizi etdiniz və qərar verdiniz. Lakin bir şeyi bilin ki, qərarınızdan asılı olmayaraq beyninizdən istifadə etməsəniz, o, sizdən istifadə edəcək.
QADINLAR VƏ KİŞİLƏR, SİZƏ BİR XƏBƏRİM VAR!
Çiyinlərinizin üzərində gəzdirdiyiniz, başınızın içində yer alan beyninizlə bağlı sadəcə iki seçim imkanınızın olduğunu bilirsinizmi?
Birinci seçiminiz:
Beyniniz sizin istəkləriniz, gözləntiləriniz, xəyallarınız və münasibətləriniz üçün çalışacaq.
İkinci seçiminiz:
Beyniniz başınızın içində “özü bildiyi kimi”, “adət etdiyi kimi” işləməyə davam edəcək. Bunun başqa yolu yoxdur.
Beyniniz “özü bildiyi kimi” işləyəndə belə, yaratdığı duyğu və düşüncələrin nəticələriylə siz qarşılaşacaqsınız.
Beyniniz həyatınızı, münasibətlərinizi, qısacası, bir insan olaraq, hər bir şeyinizi idarə edir. Belə olan halda siz də beyninizə nəzarət etməlisiniz. Ondan faydalanmağı öyrənməli və istəklərinizə uyğun istifadə etməlisiniz.
Həyatda güclü, sevgi dolu olmağı və uğur qazanmağı bacarmaq
Necə çalışdığını bilmədiyiniz bir şeyə nəzarət edə, ondan lazımi qədər faydalana bilməzsiniz.
Hər şey beyində başlayır. Qadın və ya kişi olaraq ünsiyyəti necə qurursunuz? Necə danışırsınız? Saatlarla zövq alaraq necə söhbət edirsiniz? Onu deyim ki, söhbət etmək beyindən-beyinə həyata keçirilən alış-verişdir.
“BEYNİMİZİN DÜŞÜNƏRƏK XƏYAL ETDİKLƏRİNİ ƏLLƏR REALLAŞDIRAR”
“Mustafa Kılınç”