Читать книгу Gecə xəyalları - Rəfail Tağızadə - Страница 31
Mən bİr sİmurq quşu
ОглавлениеArzular uçurdacaq məni göy üzünə,
soraqlar qopacaq lələklərimdən,
sevdalar süzüləcək könlümün süzgəcindən,
pəmbə buludlar örtəcək üstümü ay işığında.
Gəzəcəm qitələri öz rəngində:
Şimal buzlu okeanın, Antraktidanın buzunu
daşıyacam Afrikaya
günün günorta çağı.
Yaşıllıqları aparacam Ərəbistan səhralığına,
Skandinaviyanın göllərini qonaq edəcəm
Saxara qumsallıqlarına.
Boş torpaqları icarəyə verəcəm Çinə, Yaponiyaya…
və nələri, nələrə, kimlərə…
Bir də
Asiyaya, Afrikaya, Amerikaya və haralara…
elə buralara
azadlıq səpəcəyəm
buludların gözləriylə.
Təzələnəcək dünya,
təmizlənəcək dünya.
Ay üzü,
bulud gözü,
tərtəmiz göy üzü,
bir də azad yer üzü.
Mən bir simurq quşu…
12.08.2012