Читать книгу Gecə xəyalları - Rəfail Tağızadə - Страница 32

Gecə baxışları

Оглавление

Bu gecə süzülən işıqda

ağaclar elə gözəl, elə yaşıl,

yarpaqlar elə sakit-

gözəllikdən çaşmış kimi.


Gözləri gözünə dikili,

qulaqları sözünə.


Baxışlardan yer yox

sənə baxmağa.


Ağaclar əlimdən aldılar səni bu gecə,

göz görə-görə.


Kimsənin yapmadığını

mənə yapan ağaclar,

mən sizə arxalandım,

sizə güvəndim,

sizə söykəndim.


Bu gecə önümə keçən ağaclar,

savaşmı açım sizə?


04.10.2012

Gecə xəyalları

Подняться наверх