Читать книгу Gecə xəyalları - Rəfail Tağızadə - Страница 40
Palatada yazılan şeİr
ОглавлениеPalata pəncərəsindən bayıra boylanıram
yenə həmin bağ,
yenə həmin vədə,
oturacaqdan qalxan kölgələr
ağaclar arasından addımlayır sakitcə,
həyat davam edir ahəstə,
ilk dəfəydi baxırdım palata çarpayısından,
ilk dəfəydi baxırdım ayrılığın arxasından,
ilk dəfəydi ayrılıq özü gəlmişdi məni görməyə…
burda yatanların hamısı müvəqqəti, köçəri,
bir sevda boylanır pəncərədən içəri
əlində umud
söyləyir: ağrıları unut…, unut…
həkim məni əməliyyata aparır,
süpürgəçi qadın ayaq izlərimi süpürür,
qulağıma addım səsləri gəlir xəzəl qarışıq
bil, gülüm,
burdan bayırda hər şey yaraşıq
…bu da sevdiyimiz payız
01.12.2012