Читать книгу Gecə xəyalları - Rəfail Tağızadə - Страница 41

Gözlərİndə bİr röya

Оглавление

Əllərində bir dəniz,

gözlərində bir röya,

yanağın bir ay kimi

işıq salır gözümə,

barmaqlarım dalğatək

telində dalğalanır,

saçının həzin mehi

üzümdə sığallanır,

mənə dikilən baxış

tökülür üz-gözümə

mehriban xəyal kimi,

durub baxıram sənə

dili donmuş lal kimi,

bir ömürlük arzular

damla-damla süzülür

o qönçə dodaqlardan

ürəyimə bal kimi


necə də gözəl həyat,

sığın bu sinəmə, yat.


19.11.2012

Gecə xəyalları

Подняться наверх