Читать книгу Gecə xəyalları - Rəfail Tağızadə - Страница 35

Lİstopad

Оглавление

Listopad…

üzündən üzgünlük tökülür,

gözlərindən yaş,

küləklərin oynatdığı yarpağı

yağış döyür yavaş-yavaş,

yarpağın köç dövrüdü,

xatirələrin kövrələn çağı,

könüldə ilin son arzuları,

ümidlər saralır

yarpaqlar kimi,

solan ümidlər…


Noyabr ayına

«Listopad» deyir, polyaklar,

necə də gözəl, necə də dəqiq:

«Yarpaq tökümü» ayı-

Mazurka meşələrində yarpaqlar tökülür,

ilin son günləri bükülür,

Rekviyem çalır küləklər…


Yarpaqlar tökülür payız axşamı,

saralmış yarpağı oynadır külək,

Listopad ayında

ilin son günləritək

gör necə döyünür sinəmdə ürək.


15.11.2012

Gecə xəyalları

Подняться наверх