Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 23
Günlərİn
ОглавлениеƏlimdən qum kimi süzülüb axdı,
Hesabı qum qədər olan günlərin…
Ağrısı, acısı canını yaxdı,
Vədəsiz açılıb solan günlərin.
Üzürəm, dəryanın qırağı gəlmir,
Ağaran saçların darağı gəlmir…
Hardadı dostlarım?
Sorağı gəlmir
Şirin vədlər ilə dolan günlərin…
Ay Vahid, and içir saxta adamlar,
Üşüdür canını şaxta adamlar.
Macal vermirlər ki, taxta adamlar,
Ucundan kəsirlər qalan günlərin…
18.11.2019