Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 24

Atraksİona yağış yağır

Оглавление

Burda baharla xəzan

Dayanıblar yanaşı.

Atraksion meydandır,

Gedir fəsil yarışı.


Həsrəttək əyləncəyə,

Bir xallı gəlinciyə…

Təbiət yelləncəyə

Tökür narın göz yaşı.


Günəş, oynat telləri,

Dəstələ tər gülləri,

Körpə şirindilləri

Yenə də bura daşı…


Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

Подняться наверх