Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 25

Yaz, ara

Оглавление

Sənin əhvalını pozanlar pozub,

Nə fərqi, ya Zalım, ya yaz, ya Zara…

Sevgini özünə yasaq elədin,

Sevgisiz zindandı həyat yazara.


Çəməndə çiçəyi bağlarda barı,

Görmürsən, – dövrənə çəkmisən barı.

Dostların sorsaydı halını barı,

Deməzdin, indi yox, məni yaz ara..


Bilirəm, xəzandı halın nasazdı,

Atəşin tükənib, yoxsa nas azdı?

Görürsən, Vahidin keyfi nə sazdı?

Adına təzə bir dastan yazar, a…

23.11.2019

Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

Подняться наверх