Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 27

Gəlİr

Оглавление

Dostum Nizami Bayramova zarafatyana

Günlərin hesabı çıxır yadımdan,

Nə qədər sayıram, yenə kəm gəlir.

Deyirəm, yaxamdan əl çəksin qəmim,

Fərq olmur, – ya hasil, ya da cəm gəlir.


Yaz ötür, qış hələ çıxmır canımdan,

Yay da fayton ilə keçir yanımdan.

Viruslar əl çəkmir ev ünvanımdan,

Gah qrip ilişir, gah zökəm gəlir.


Vahid, bir-birindən xoş olur ilim,

Gah dizim ağrıyır, gah tutur belim.

Məni aparmağa qıymır ki, ölüm,

Əzrayıl qapıma hər gün dəm gəlir.

26.11.2019

Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

Подняться наверх