Читать книгу Səni sevmək üçün gəldim dünyaya. Şeirlər - Vahid Çəmənli - Страница 28
Bəndə
ОглавлениеLal olmaq yaramaz Vahid adına,
Kim səni qorxudub, edib lal bəndə?
Dilini ağactək yanına qıssan,
Zaman özü vurar sənə nal, bəndə.
Sənin düşüncənlə dönmür kainat,
Uçmazsan, qızıldan taxsan da qanad.
Ağlının boynuna hərdən kəmənd at,
Yoxsa, edər səni halbahal bəndə.
Ay Vahid, can desən can olar cavab,
Sancarsan, sancarlar, – gətirməzsən tab…
Şəkərli sözünlə dolu olsun qab,
Qoy, səni görən də olsun bal bəndə.
28.11.2019