Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 45

Təcnis

Оглавление

Qoydum dostlarımı intizarımda,

Tənha dolanıram yenə bu dağı.

Bir budaq üstündə tutmuşam qərar,

Əlim silkələyir neçə budağı.


Namərdə tay olar namərd, – mərdə mərd.

Haqqı tanımayan Namürddü, Namürd…

Elimiə, obama dağ çəkən namərd,

Mənim də sinəmə çəkdi bu dağı…


Zaman saçlarıma saldı gözəl dən,

Getdi ağıl əldən, getdi göz əldən,

Vahid yığ gözünü gəl o gözəldən,

Al gözün önünə sən o bəd ağı…

Bu yay da belə keçdi̇

Подняться наверх