Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 43
Murov dağı
Оглавление(Dostum Mailə həsr olunur)
Murov, səndən gileyliyəm,
Zirvələrdə qarın hanı?
Quzeylərin sənə qalsın,
Güneylərdə barın hanı?
Döyəclədik nala-mıxa,
Yurd-yuvamız çıxdı yoxa…
Qaldıq sənə baxa-baxa,
Heç demədin varın hanı?
O tərəfin Göyçə eli,
Bol-bol bitir həsrət gülü…
Kim ovudar bu könülü,
Soruşanda yarın (1) hanı?
Kəlbəcərinm əsir-yesir,
Yollarını yağı kəsir…
Xaçın, Tərtər umur, küsür,
Vətən oğlu, yarın hanı?
Hanı mənim elim, obam?
Zülfüqarlı, Dəmirçidam,
Başlıbelim, başsız qalam,
Soruşacaq bir gün babam-
Ağkilsədə (2) gorum hanı?
1. İkinci hissə.
2. Aşıq Ələsgərin məzarı nəzərdə tutulur