Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 22
Dağlar oğlu
ОглавлениеAzərbaycan Ordusunda layiqli döyüş yolu keçən dostum Mail Adilova həsr edirəm
Mail Adilov
Kəlbəcərin igid oğlu, alqış sənə,
Qarabağda tufanlara gərdin sinə,
Ürəyində odun – közün çətin sönə,
Dağlar oğlu, dağ vüqarlı Mail dostum.
Sən döyüşdə ər igidsən, ər oğlu ər.
Güllə özü qorxar səndən, yolun əyər.
O gün olsun, Azərbaycan çalsın zəfər,
Dağlar oğlu, dağ vüqarlı Mail dostum.
Elimiz bir, yurdumuz bir, canımız bir,
Damarlarda coşa gələn qanımız bir,
Adımız bir, şöhrətimiz, şanımız bir,
Dağlar oğlu, dağ vüqarlı Mail dostum.