Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 27

Sən sevgimə irad tutub, qınadın

Оглавление

Sən sevgimə irad tutub, qınadın,

Barı özün vəfasız tək qınanma.

Çəkdi yüz yol imtahana inadın,

İnadımdan əsər qaldı, – inanma!


Öz əlinlə bəzəmişdin yaxamı,

Nişan yerin, hədəf yerin yaxamı?

Naz – qəmzənlə çıxarmısan yuxamı,

Ocaq olub sinəm üstə qalanma.


Mətləbimi ürəyimdə ürəyimdə gizlərəm,

Gecə – gündüz kölgə kimi izlərəm…

Vədə versən, ömür boyu gözlərəm,

Bir şərtinən, nə zamansa gəl amma!

Bu yay da belə keçdi̇

Подняться наверх