Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 34

Aşiqin oldum

Оглавление

Baxışın bal kimi işləyir qana,

Bu bir sevda toyu, könül yarışı.

Kəlmələr düzülür yenə yan – yana,

Yağır ağ vərəqə tər gül yağışı…


Səhər şəfəqləri dumanda itir.

Qəm gələn yolları çən alır yenə.

Dodaqda bir alqış öpüşü bitir,

Bir nəfəs boğazda daralır yenə.


Əl vurma, ay gözəl, pəjmürdə – halam.

Baxdım gözlərinə, gözlərim doldu.

Deyəsən, dağıldı bu güvənc qalam,

Deyəsən, mən sənin aşiqin oldum…

Bu yay da belə keçdi̇

Подняться наверх