Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 26
Gəmilər
Оглавление(Dostum Vahid Qaziyə həsr olunur)
Sahillərdə misqal-misqal böyüyər,
Yağışlarda, dumanlarda gecələr.
Enər bir gün göy dənizin qoynuna,
Dəryalarda, ümmanlarda gecələr.
Şahə qalxan dalğalarla oynayar,
Vuran, yıxan dalğalarla oynayar,
Dağdan uca dalğalarla oynayar,
Neçə sirli zamanlarda gecələr.
Üfüqlərdə alovlara qalanar,
Mamırlara, mərcanlara bulanar;
Bu dünyanı dəniz-dəniz dolanar,
Yenə doğma limanlarda gecələr.
Vahid Qazı
14.06.2018