Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 23

Zirvələrə boylanıram

Оглавление

Zirvələrə boylanıram,

Hər tərəfi ağ görünür.

Yamaclarda dolanıram.

Gül-çiçəkli bağ görünür.


Qaçhaqaçda keçir ilim,

Yanır əlim, yanır dilim.

Yurda həsrət qalan elim,

Sinənizdə dağ görünür.


Sözlərini uda-uda,

Əcəb məni saldın oda,

Versə də çox günün bada,

Vahid hələ sağ görünür.

Bu yay da belə keçdi̇

Подняться наверх