Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 39

Qaldı

Оглавление

Yusif Məmmədovun xatirəsinə


Buludlar bürüdü göyün üzünü,

Ulduzlar sayrışa – sayrışa qaldı.

Sevənlər çəkildi yuvalarına,

Küçələr küləyə, yağışa qaldı.


Zaman oxu qoyub, çəkdi yayını,

Yetirdi ömrünə xəzan ayını.

Budaqlarda qalan nubar payını,

Sərçələr bölüşə – bölüşə qaldı.


Ey köçüb gedənlər, əfv edin bizi,

Yaşada bilməsək xatirənizi…

Bir daha görmərik xoş çöhrənizi,

Ümid qiyamətdə görüşə qaldı


Bu yay da belə keçdi̇

Подняться наверх