Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 30
Gənclik hara çıxıb gedir?
ОглавлениеGəl, qayıdaq ömrümüzün,
O qayğısız, şən çağına.
Bir də ataq özümüzü,
O ilk eşqin qucağına.
Geri dönsün on beş yaşın,
Sevincimiz coşub daşsın,
Acıq verək soyuq qışın,
Şaxtasına, sazağına.
Nanə, yarpız dərə-dərə,
Uçaq xəyal uçan yerə,
Yenə də dırmaşaq hərə,
Bir ağacın budağına…
Yenə səni andı ürək,
Əvvəlki tək yandı ürək,
Xatırladım kövrək-kövrək,
Düşdüm sənin sorağına.
Zaman su tək axıb gedir,
Canımızı yaxıb gedir,
Gənclik hara çıxıb gedir?
Ömür dönür göz dağına…