Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 21
Qarabağ, ay mənim muğam beşiyim
ОглавлениеQarabağ, ay mənim muğam beşiyim,
Həsrətin əlindən gəlmişəm zara.
Qarabağ, ay mənim evim, eşiyim.
Necə boyun əyim bu sərt rüzgara?
Qırıq ümidimi apardı sellər,
Yol tapa bilmirəm qoca dağlara.
Mənə xəbər verin, ay əsən yellər,
Nə zaman yetəcək əllərim yara?
Dəmir qayalara yazdım adımı,
İndi kimlər yazır adını ora?
Ey Tanrı, özümə qaytar odumu,
Qoyma bu dərd gedə mənimlə gora!