Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 9
Oldu
ОглавлениеBircə gün dərdinlə tənha qalmadın,
Demə, nə dost oldu, nə yoldaş oldu.
Soruşdum çarəni obadan, eldən,
İçimdə çöx böyük bir təlaş oldu
Kimsədən bir kəlmə gəlmədi cavab,
Suallar bağrımı eylədi kabab…
Dedim hayan olum, qazanım savab,
Nəfsimlə ağrılı bir savaş oldu.
Davalar, dərmanlar vermədi fayda,
Sən demə, Tanrıdan beləymiş qayda…
Şam kimi əriyib soldun üç ayda,
Qayğılı ömrünün sonu boş oldu.
Yalvardım, Ya Rəbbim, budumu fəhmin?
Səndəmi susursan, yoxdumu Rəhmin?
Geriyə dönüş yox, elədim təxmin,
Sinəmdə çırpınan ürək daş oldu.
Nə ağla, nə sızla Ay Vahid, dayan,
Gedənə hər bir iş ayandı, ayan…
Tapılsa dünyada səni bir duyan,
Onda utanma, de, mənə xoş oldu.