Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 17
Bu yayın istisi bir az çox oldu
ОглавлениеDoldurub kömürü, basdı körüyü,
Şəfəqlər hər biri yanar ox oldu.
Çaylarım qurudu, qaldı köpüyü,
Bu yayın istisi bir az çox oldu.
Vədəsiz saraldı dağda lalələr,
Boşaldı, boş qaldı zər piyalələr,
Sızqa suya döndü gur şəlalələr,
Bu yayın istisi bir az çox oldu.
Çəmənin ciyəri çöldə alışdı,
Yaşılbaş sonralar göldə alışdı,
Şirin kəlmələrim dildə alışdı,
Bu yayın istisi bir az çox oldu…
Kəhrizin başında dayanıb baxdım,
Keçdi göz önündən qismətim, baxtım…
Əridim, buxar tək göylərə axdım,
Bu yayın istisi bir az çox oldu.