Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 12
Endi
ОглавлениеOnu gördüm, əsdi əlim, ayağım,
Od-alovlu yay günümə qış endi.
«Bu sənsənmi?» -pıçıldadı dodağım.
Sinəsinə ağ saçlı bir baş endi.
Üzüm gülür, içimi qəm sıxırdı,
Bu qəm mənim qürurumu yıxırdı…
Solan gülün gözlərinə baxırdım, —
Üstümüzə görən neçə yaş endi?
Halın sordum, heç pozmadı halını,
Tumarladı qolundakı xalını…
Düzəldəndə başındakı şalını,
Elə bil ki, başıma bir daş endi.
Vahid, demə bu ömürdü, həyatdı.
Bu həyatdan qismətinə nə çatdı?
Xatirələr ürəyimi sızlatdı,
Yanağıma iki gilə yaş endi…