Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 19
Keçir
ОглавлениеMəni bənd eləmə özünə gözəl,
Ömür sətirlənir varaqdan keçir.
İndi necə düşüm izinə gözəl?
Yollarım burulur qıraqdan keçir
Hər səni görəndə əsir dizlərim,
Çaşıram, baş-ayaq olur sözlərim,
İsti göz yaşıyla dolur gözlərim,
Atəşi süzülür yanaqdan keçir.
Vədəsiz gəlmisən solan ömrümə,
Dünyanın kədəri dolan omrümə,
Demərəm bəzək ver qalan ömrümə,
Hər anım tənədən, qınaqdan keçir.
Şirin cavanlığım hara tələsdi?
Qocalıq qış kimi qapımı kəsdi.
Ürək pıçıldayır, həvəsdi bəsdi,
Söz sözə baxmır ki, dodaqdan keçir…
Vahid, qəm eləmə, çatma qaşını,
Kimsədən gizlətmə olan yaşını…
Çevir o gözəldən öz baxışını,
İmanın, dözümün sınaqdan keçir!