Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 2
ОглавлениеVahid Çəmənli
Ömür adlı qatarın belə sürətlə hərəkət etməyi xəyalıma gəlməzdi. Mənimlə birgə yola çıxanların da qatardan belə tez düşəcəyini güman etməzdim. Amma, sən demə qatarlar dayanacaqlardan keçəndə hər kəs öz dayanacağında düşməli imiş. Mənim yol yoldaşlarımdan qatarı ilk tərk edən babam Abbas kişi oldu. Sonra anam Pərizad, atam Valeh, xalam Səriyyə, sonra İdris dayımla İsa dayım bir – bir qatarı tərk elədilər. Hürizad xalam xeyli yol yoldaşı oldu mənə. Sonra bir gün o da haqqın dərgahına qovuşdu.
Mənim sevdiyim insanlar! Bu gün mən sizin yer üzündə yaşayan səsiniz, sədanızam. Qələmə aldığım… yox, ürəyimin ən dərin guşələrindən süzülüb gələn bu misralarda sizin sevgi dolu qəlbinizin çırpıntıları yaşayır. Bu çırpıntılar mən durduqca vuracaq Sonra bir gün mən də estafeti sizin üzünü görmədiyiniz, amma sizi andıran nəvələrinizə, nəticələrinizə verib qatarı tərk edəcəm. Bilin ki, mən heç zaman sizi unutmadım. Həmişə ürəyimdə yaşadınız. Həmişə ürəyimdə yaşayacaqsınız.
Əzizlərim, mən bu kitabı sizin xatirənizə həsr edirəm!
Sizi canı qədər sevən Vahid Çəmənli.