Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 10
Ürəyimi sıxan dağlar
ОглавлениеDərdli ananın bu şəklinə biganə qalmaq olmur. Gərək daş olasan ki, əriməyəsən. Bilmirəm, niyə, amma bu şəklə baxdıqca ürəyimdən kağıza bu sətirlər axdı.
Ürəyimi sıxan dağlar,
Uzağın yaxın oldumu?
Üzü bəri baxan dağlar,
Qoynuna axın oldumu?
Bir el vardı, görən oldu?
Hamı pərən – pərən oldu…
Kimlər gülün dərən oldu?
Gül pəmbə taxtın oldumu?
Hanı sənin qızıl vaxtın?
Niyə belə döndü baxtın?
Arxamızca qəmli baxdın?
Baxmağa vaxtın oldumu?
Göz-görəti düşdük oda.
Canım dağmı düşdü yada?
Sənə demədik əlvida,
Həsrətlə baxdın, oldumu?
Başımızı versək belə,
Qayıdarıq əziz elə!
Bir də gördün gülə – gülə,
Yollara çıxdın!
Oldumu!
17.08.2018