Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 41

Mehman Göytəpəliyə həsr olunan qəzəl

Оглавление

Eşqinin fikri yenə eylədi avarə məni,

Od tutub yandı dilim, tez yetirin yarə məni.


Çəkirəm həsrətini, qıyma sola güllü bağım.

Görməsin qoy rəqibim, eyləmə biçarə məni.


Bülbülün naləsinə dözməyə yoxdur qərarım,

Sonda minnətçi edər göz yaşım ol xarə məni.


Mən sənin aşiqinəm, sən kimə uydun gözəlim?

Rəhm edib bəlkə əzəl, çəkdirəsən darə məni…


Bir neçə sətri düzüb qoşdu Vahid Mehman üçün,

Qəbul eylər, sanıram, etməz üzü qarə məni!


02.09.2017

Bu yay da belə keçdi̇

Подняться наверх