Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 25

Şairlik qəlb yanğısıdı

Оглавление

Şairlik qəlb yanğısıdı,

Onu addan-sandan umma.

Göz yaşı can acısıdı,

Dərd çəkməyən candan umma.


Haqdan dolu olsa sinə,

Odu, nuru çətin sönə…

Qoy, adı xalq versin sənə,

Onu bəydən, xandan umma…


Vahid, arzun açmaz çiçək,

Tər tökməsən ətək-ətək.

Şan-şöhrəti sədəqə tək,

Gəl, sən ondan-bundan umma

Bu yay da belə keçdi̇

Подняться наверх