Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 28
Yenə də bahar gəldi
ОглавлениеYenə də bahar gəldi.
Bu neçənci bahardı?
O başqa bahar idi,
Bu da başqa bahardı.
Kimlər mənə yar idi,
İndi kim mənə yardı?..
O baharda rəngbərəng,
Neçə çiçəklər vardı.
O baharda yağışlar
Başqa cürə yağardı.
O baharın atəşi,
Alovu, közü vardı.
O baharın göyləri,
Səma boyda olardı.
O baharda gözəllər
Necə xonça bağlardı.
O baharda gözlərim
Bir gözəli arardı…
O başqa bahar idi.
Bu da başqa bahardı.
O baharım qeyb oldu,
Sinəmdə odu qaldı.
Gözümdə nuru qaldı,
Dilimdə adı qaldı.
O bahar bircə əlçim,
Bulud tək keçib getdi.
Qərib durnalar kimi
Ömrümdən köçib getdi.
Qapqara saçlarıma
Ağappaq lələk saldı…
O başqa bahar idi,
O bahardan nə qaldı?
04.06.2018