Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 55
Yazdınmı barı
ОглавлениеSənin əlindədi bilirəm, qələm,
Qalan hesabımı yazdınmı barı?
Özgənin dilində mənə dərs verən,
O dörd kitabımı yazdınmı barı?
Bilmirəm, mən hara, haqq – hesab hara?
Suallar əlində qaldım avara…
Ayırdın ömrümü çox vuruqlara,
Həqiqi babımı yazdınmı barı?
Sinəm qəm yeriydi, kədər yeriydi,
Tikili boğazım qəhər yeriydi…
Dünyam axirətə səmər yeriydi,
Zülmünə tabımı yazdınmı barı?
Gördünmü məni heç bir bəd əməllə?
Keçirdim günləri şer, qəzəllə,
Oduna yandığım o şux gözəllə,
Yanbayan adımı yazdınmı barı?
Özümü yaratdın sənət əsərı,
Qıymadın qumaşı, qızılı, zəri…
Ömrümə yazdığın yetim günləri,
Boş qalan qabımı yazdınmı barı?
Bilirəm, Cənnətin, Cəhənnəmin var.
Hər iki aləmdə çoxlu cəmin var…
Məndən soruşdunmu, neçə kəmin var?
Axsayan yabımı yazdınmı barı?
Vahid eləmədi səndən şikayət,
Nə verdin, boynuma qoymadın minnət…