Читать книгу Bu yay da belə keçdi̇ - Vahid Çəmənli - Страница 49

Alır

Оглавление

Ağıllı başların cibləri boşdu.

Dünyadan kamını elə gic alır.

Zamana güvənib sərvət yığsa da,

Zaman özü gəlib ondan bac alır.


Üstünə yağsa da tənələrdən daş.

Məsləkin yolunda ürəklə savaş…

Əvvəl baş verməyə qəsd eləyən baş,

Sonra öz başına qızıl tac alır.


Dərə keçməlidir zirvəyə gedən,

Çətinə dözdükcə bərkiyər bədən…

Vahid, qorxaq olur nəfini güdən,

Savab sahibləri Haqdan güç alır.

Bu yay da belə keçdi̇

Подняться наверх